Məhkəmə qərarları › İş №2(067)-2473/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2473/2022

20.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2473/2022 20.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçinın iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 20 oktyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN: 1053A seriyalı, 30213018 kodlu şəhadətnamənin ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN1053 A seriyalı kod 30213018 saylı dövlət aktında atasının adı səhvən “Əlməmməd” yazılıb. Atasının adı Əliməhəmməddir. Dövlət aktı tərtib olunarkən texniki səhvə yol verilib. Həmin səhvə görə o, hazırda əmlakından istifadə edə bilmir. Həmin sənədin ona məxsus olmasını atasının adının yalnışlıqla texniki səhvə yol verilərək “Əlməmməd” kimi yazılmasını iş materiallarına əlavə etdiyi sənədlər sübuta yetirir. Ərizəçi Əliməmməd oğlunun adına olan mülkiyyət hüquqlarının Ərizəçi mənsub olunmasını istəyir. Torpaq sahəsi ötən müddət ərzində istifadəsində olduğuna görə mülkiyyət sənədlərindəki yanlışlığa fikir verməyib. Torpaq sahəsi ilə bağlı heç bir mübahisəli məsələ yoxdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Xahiş edir ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan JN: 1053A seriyalı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən Ərizəçi Əlməmməd oğlunun mülkiyyətinə Xaçmaz rayonu Qusarçay kənd ərazisində 0.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair 1053A seriyalı, 30213018 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon Qusarçay İƏD-nin xx.xx.2022-ci il tarixli 510 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi Xaçmaz rayon Qusarçay kəndində yaşayır. İş materiallarında olan Xaçmaz rayon Qusarçay İƏD-nin xx.xx.2022-ci il tarixli 509 nömrəli arayışından müəyyən olunur ki, Azərbaycan Respublikası DTXK və Xaçmaz rayon TŞ tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş JN-1053 A nömrəli və 30213018 kodlu Şəhadətnamədə Ərizəçi ata adı səhvən “Əlməmməd” kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. 0.05 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN1053A nömrəli(seriyalı), 30213018 kodlu şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar