Məhkəmə qərarları › İş №2(067)-2480/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2480/2021

29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2480/2021 29.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-1359 seriyalı 30209058 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamənin onlara yəni Ərizəçi1, Ərizəçi2 və 01.01.2004-cü il tarixdə vəfat etmiş övladları X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən onlara və ailə üzvlərinə Xaçmaz rayonunun Üçgünqışlaq kəndində cəmi 0,43 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-1359 seriyalı 30209058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilmişdir. Lakin şəhadətnamədə Ərizəçi1 ata adı Qazafər əvəzinə səhvən “Qəzənfər” kimi, Ərizəçi2 adı səhvən “Məryəm” kimi, eləcə də 01.01.2004-cü ildə vəfat etmiş övladları X1 adı səhvən “Aytən” kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuş və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq şahidlərinin ərizədə göstərdiyi halları təsdiq edə biləcəklərini qeyd etmişdir. Məhkəmə iclasında Ərizəçi2 izahatında göstərmişdir ki, Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən onlara Xaçmaz rayonunun Üçgünqışlaq kəndində cəmi 0,43 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququna dair onlara JN-1359 seriyalı 30209058 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə təqdim edilmişdir. Lakin Şəhadətnamədə həyat yoldaşının ata adı Qazafər əvəzinə səhvən “Qəzənfər” kimi, onun adı səhvən “Məryəm” kimi, 01.01.2004-cü ildə vəfat etmiş qızı Ayşənin adı səhvən “Aytən” kimi qeyd edilmişdir. Torpaq sahəsi onlara təhkim olunandan bəri istifadələrində olmuş və yanlışlığa fikir verməmişlər. Hazırda torpaq sahələrini satmaq üçün yeni mülkiyyət sənədləri almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər, lakin mülkiyyət sənədində yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərmişdir ki, ərizəçilərin qonşusudur, münasibətləri yaxşıdır. Xaçmaz rayonunda torpaq islahatı keçirilərkən Ərizəçi1 və onun ailə üzvlərinə JN-1359 seriyalı 30209058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Xaçmaz rayonunun Üçgünqışlaq kəndində cəmi 0,43 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi uzun müddətdir ərizəçilərin istifadəsindədir. Lakin şəhadətnamədə Ərizəçi1 ata adı Qazafər əvəzinə səhvən “Qəzənfər” kimi, arvadı Məryamın adı səhvən “Məryəm” kimi, 01.01.2004-cü ildə vəfat etmiş övladları Ayşənin adı səhvən “Aytən” kimi qeyd edilmişdir. JN-1359 seriyalı 30209058 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və onların ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1961-ci il tarixdə Quba rayonunun Üçgün-Palasa kəndində anadan olmaqla, Xaçmaz rayonunun Üçgün kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1961-ci il tarixdə Quba rayonunun Əliməmməd-Oba kəndində anadan olmuş və Xaçmaz rayonunun Üçgün kəndində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 058615 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 01.01.2004-cü il tarixdə Xaçmaz rayonunun Üçgün kəndində vəfat etmişdir. İş materiallarında olan JN-1359 seriyalı 30209058 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonunun Üçgünqışlaq kəndindəki cəmi 0,43 ha həyətyanı torpaq sahəsinin Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli qərarına əsasən Ərizəçi1 Qəzənfər oğlunun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Yergüc İƏD-də nümayəndəliyinin 23.08.2021-ci il tarixli arayışından müəyyən olunur ki, JN-1359 seriyalı 30209058 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə Ərizəçi1 ata adı Qazafər əvəzinə səhvən “Qəzənfər” kimi, onun ailə üzvləri Ərizəçi2 adı səhvən “Məryəm” kimi, X1 adı səhvən “Aytən” kimi qeyd edilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 04.08.2021-ci il məktubundan müəyyən olunur ki, JN-1359 seriyalı 30209058 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə yanlışlıq olduğundan müvafiq əməliyyatın aparılması mümkün olmamışdır və ərizəçilərə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan 24.08.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçilər tərəfindən ərizənin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. JN-1359 seriyalı 30209058 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar