Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2481/2022 22.12.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 22 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 28 aprel tarixli 05 saylı qərarı ilə onun adına Xaçmaz rayonunun Dədəli kəndi ərazisindən ayrılmış 0,67 ha pay torpaq sahəsinə dair Torpağa Mülkiyyət Hüququna dair JN-0074, KOD-30208018 saylı dövlət aktının və Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2001-ci il tarixli 01 saylı qərarı ilə onun adına Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinə Torpağa Mülkiyyət Hüququna dair JN - 179A (KOD-********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona - Ərizəçi məxsus məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli iclasın 03 nömrəli qərarı ilə Xaçmaz rayon Dədəli kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,67 ha pay torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində istifadə hüquqları Torpağa Mülkiyyət Hüququna dair JN-0074, KOD-30208018 olan Dövlət Aktı ilə təsdiq olunur. Bundan başqa, ona Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 mart 2001-ciil tarixli, 01 saylı qərarı ilə Xaçmaz rayonu Qusarçay kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Torpağın Mülkiyyətə verilməsinə dair JN-179A, KOD-30213018 saylı şəhadətnamə ilə təsdiq olunur. Lakin həmin sənədlərdə bəzi anlaşılmazlıqlar qeyd olunur. Belə ki, Torpağa Mülkiyyət Hüququna dair JN-0074, KOD-30208018 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında ata adı səhvən Ərizəçi Osman qızı və JN - 179A (KOD-********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə adı və ata adı səhvən X3 yazılmışdır. Yuxarıda göstərilən 0,67 ha pay torpaq sahəsinə və 0,05 ha həyətyanı torpaq torpaq sahəsinə öz adına dövlət qeydiyyat sənədi almaq istəyir. Hazırda yeni mülkiyyət sənədi almaq üçün DƏDRX-nə müraciət etmiş, lakin sənədlərdə səhvə yol verildiyindən müraciəti mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0074, KOD- 30208018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 03 nömrəli qərarına əsasən X1 mülkiyyətinə 0,67 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN - 179A KOD- 30213018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 mart 2001-ci il tarixli 05 nömrəli qərarına əsasən X2 mülkiyyətinə 0,05 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0074, KOD-30208018 kodlu dövlət aktında və torpağın mülkiyyətə verilməsinə dair JN - 179A 30213018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon Bostançı bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 58 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi Bostançı bələdiyyəsi ərazisində 0,67 ha pay torpaq sahəsi vardır. İş materiallarında olan Xaçmaz rayon Qusarçay bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 119 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi Qusarçay bələdiyyəsi ərazisində 0,05 ha həyətyanı torpaq sahəsi vardır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0074 saylı 30208018 kodlu dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN - 179A saylı 30213018 kodlu şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2481/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2481/2022
22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver