Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2516/2021 15.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar islahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş JN-1857F KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədəki “X11” qeydinin, ona “X3”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək tələbini dəqiqləşdirərək ərizənin xahiş hissəsində “Quba rayon Aqrar islahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş JN-1857F KOD 30319018 Saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədəki “X11” qeydinin, mənə “X3”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edəsiniz” yazmış, Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə verildiyi vaxt onun soyadı “Atluxanova” olmuşdur. 2005-ci ildə ailə qurduqdan sonra “Beyquliyeva” ər soyadını qəbul etmişdir. Hal-hazırda Quba rayon Aqrar islahat Komissiyasının 20 iyun 1997-ci il tarixli, 14 saylı qərarı ilə verilmiş JN-1857F KOD 30319018 Saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədəki “X11” qeydinin, “X5”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 20.06.1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-1857F KOD 30319018 Saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnaməyə əsasən ona və anası- X6 Quba rayonu İİ Nügədi kəndi ərazisindən 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə ona aid qrafada soyadı “Beyquliyeva” əvəzinə səhvən “Əliyeva”, ata adı isə “Cigəli” əvəzinə “Əlipaşa” yazılmışdır. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı Beyquliyeva ata adı isə Cigəlidir. Hazırda Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamə əsasında verilmiş torpaq sahəsi üçün daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almaq istəyir. Lakin bu şəhadətnamədə soyadı “Əliyeva” və ata adı “Əlipaşa” kimi qeyd olunduğundan, çıxarış ala bilmir. Buna görə də JN-1857F KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair şəhadətnamədəki qeydin ona - Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Torpağa Mülkiyyət Hüququna dair şəhadətnaməni verən orqan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən, şəhadətnmaədəki səhv qeydi başqa yolla düzəliş etdirmək mümkün deyildir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair 20.06.1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-1857F KOD 30319018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 20.06.1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-1857F KOD 30319018 saylı qərarına əsasən X7 və X6 Quba rayonu İİ Nügədi kəndi ərazisindən 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxxxx 1982-ci ildə anadan olmuş, anası X4, atası X9r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçinin adı, soyadı və atasının adı Ərizəçidır. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, Beyquliyev Rahib Xantəmir oğlu ilə X5 28 oktyabr 2005-ci ildə ailə qurmuşlar. Ərə Beyquliyev, arvada Beyquliyeva soyadları verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 09.08.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş 20.06.1997-ci il tarixli, 14 saylı qərarı ilə JN-1857F KOD 30319018 saylı mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, ərizəçini uzun illərdir ki, tanıyır, onunla qonşuluqda yaşayır. Elturənin atası Əlipaşa kişi olsa da, Elturə hələ körpə ikən Əlipaşa kişi onları atıb getmişdir və Elturənin anası Bəşarət ikinci dəfə ərə getmişdir, ikinci ərinin adı isə Cigəli idi. Hal-hazırda həm Bəşarət, həm Cigəli rəhmətə gediblər. Cigəli Elturəni övladlığa götürmüş və Elturəyə faktiki olaraq o atalıq etmişdir. Ona görə də, sənəddə Elturənin atasının adı Cigəli yazılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, ərizəçini uzun illərdir ki, tanıyır, onunla qonşuluqda yaşayır. Elturənin atası Əlipaşa kişi olsa da, Elturə hələ körpə ikən Əlipaşa kişi onları atıb getmişdir və Elturənin anası ikinci dəfə ərə getmişdir, ikinci ərinin adı isə Cigəli idi. Cigəli Elturəni övladlığa götürmüş və Elturəyə faktiki olaraq o atalıq etmişdir. Ona görə də, sənəddə Elturənin atasının adı Cigəli yazılır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, ərizəçini uzun illərdir ki, tanıyır, onunla qonşuluqda yaşayır. Elturənin atası Əlipaşa kişi olsa da, Elturə hələ körpə ikən Əlipaşa kişi ona atalıq verməmişdir və ailəsini qoyub Rusiyaya getmişdir. Bundan sonra Əlipaşadan heç bir xəbər yox idi. Elturənin anası Bəşarət isə ikinci dəfə ərə getmişdir, ikinci ərinin adı Cigəli idi. Cigəli Elturəni doğma qızı kimi qəbul etmiş və Elturənin doğum haqqında şəhadətnaməsində ata qrafasında öz adını yazdırmışdır. Torpaqlar paylanılanda isə, o vaxtı hamı Bəşarətin ərini Əlipaşanı bilirdilər, bu səbəbdən ola bilsin ki, dövlət aktında da, Elturənin atasını Əlipaşa qeyd etmişdirlər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair 20.06.1997-ci il tarixli, 14 saylı qərarı ilə JN- 1857F KOD 30319018 saylı dövlət aktı X13 ilə yanaşı X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2516/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2516/2021
15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver