Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2552/2025 14.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlu, İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etməklə) cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı “miras əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təqdim edilməsi”, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması, sənədlərin cavabdeh və üçüncü şəxsdən tələb edilməsi barədə tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etməklə) cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı “miras əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təqdim edilməsi”, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması, sənədlərin cavabdeh və üçüncü şəxsdən tələb edilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia ərizəsini araşdıraraq müəyyən edildi ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbi aydın qeyd edilməmiş, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması tələbi ilə yanaşı müxtəlif sənədlərin cavabdeh və üçüncü şəxsdən tələb edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təqdim edilməsi tələbləri qoyulmuşdur. Bundan başqa, məhkəmə iddia ərizəsini araşdıraraq müəyyən etdi ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəni qəbul etməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(067)-90/2011 saylı qətnaməsinə əsasən X1 cavabdeh İddiaçı qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı Şixmurad oğluna miras əmlakda olan payının adına rəsmiləşdirilməsi üçün notariat orqanına və ya məhkəməyə ümumi əsaslarla müraciət etmək hüququ izah edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149 , 153 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 Saylı Xaçmaz Ərazi İdarəsini üçüncü şəxs qismində cəlb etməklə) cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı “miras əmlaka qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin təqdim edilməsi”, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması, sənədlərin cavabdeh və üçüncü şəxsdən tələb edilməsi barədə tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2552/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2552/2025
14.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver