Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2557/2021 15.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Böyükağa oğlu və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizələrinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Böyükağa oğlu və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizəçilərdən yalnız Ərizəçi3 Böyükağa oğlu sənəddə müvafiq düzəlişin edilməsi üçün ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Digər ərizəçilər tərəfindən sənəddə müvafiq düzəlişin edilməsi üçün ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçilərə göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Böyükağa oğlu və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçilərə göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2557/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2557/2021
15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver