Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2558/2021 12.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsi Xaçmaz rayon 1 saylı Notariat Ofisində bağlanmışdır. Lakin, iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya mübahisənin həlli üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə rəsmi müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. İddiaçıya izah olunmalıdır ki, ərizənin prosessual formasına əməl etməklə və göstərilən digər nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya mübahisənin həlli üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə rəsmi müraciət etdikdən sonra məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2558/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2558/2021
12.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver