Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-256/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X5 iştirakı ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Xaçmaz rayonu, Pirquluoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Uzun müddətdir ki, oğlu xx.xx.1988-ci il təvəllüdlü X2 psixi vəziyyətində dəyişikliklər baş verir, o, bir yerdə qərar tutmur, onun hərəkətləri, nitqi, emosional reaksiyaları hamı üçün qəribə, anlaşılmaz, qeyri-adekvatdır. Oğlu ruhi xəstədir, qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, intektual inkişafın geriliyi, epileptiforma cəngolma tutmaları ilə Quba rayonu PNRM-də stasionar müalicədə olmuşdur. O, öz hərəkətlərinin mənasını anlamır, onun üzərində qəyyum təyin edilməsi zəruridir. Ərizəçi qeyd olunanlarla əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, oğlu onunla yaşayır. Ona o, qulluq göstərir. İş üzrə maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, X6 xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Pirquluoba kəndində anadan olmuşdur və həmin şəhsadətnamədan çıxarışdan müəyyən olunur ki, onun atası Ərizəçidur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, X6 həqiqətən Xaçmaz rayonu, Pirquluoba kəndində yaşayır. İş materiallarında olan Səhiyyə Nazirliyi Quba rayonu PNRM-dən müəyyən olunur ki, xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Pirquluoba kəndində anadan olmuş X6 xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixinədək qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, intektual inkişafın geriliyi, epileptiforma cəngolma tutmaları diaqnozu ilə Quba rayonu PNRM-də müalicə olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2021-ci il tarixli 31 saylı rəyindən müəyyən olunur ki, X1 qapalı kəllə-beyin travmasının nəticəsində meydana gələn ağıl zəifliyi, qıcolma tutmaları diaqnozlu psixi xəstəliklə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, xx.xx.1988-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-256/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-256/2021
15.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver