Məhkəmə qərarları › İş №2(067)-2591/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2591/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2591/2021 07.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı Quba Regional X3 Cavabdeh qarşı torpaq sahəsinin geri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Quba Regional X5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh istifadə etdiyi zəbt olunan sahəni əvvəlki vəziyyətə gətirərək, müvafiq qaydada Quba Regional X5nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Quba Regional X5 iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Xaçmaz rayon Qusarçay kənd sakini Cavabdeh X8 X1 meşəbəyliyinin 10 saylı dolayının 45 saylı kvartalının 43 saylı bölməsində 20 ha ərazini qanunsuz zəbt edərək həmin ərazidə “Yaşıl Məkan” adlanan istirahət mərkəzini istifadə etmişdir. Həmin ərazidə 330m2 sahədə birmərtəbəli əsaslı tikili, 11 ədəd 3x3 metr ölçüdə mişar daşı ilə hörülmüş sambo inşa edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədlərdən müəyyən etmişdir ki, iddia ərizəsi Quba Regional X3 direktor əvəzi Şahlar Əkbərov tərəfindən verilmişdir. -----------------Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 14.12.2020-ci il tarixli 851/k saylı əmrindən müəyyən olunur ki, Quba Regional X3 direktoru vəzifəsinin icrası X4 14.12.2020-ci il tarixdən 3 (üç) ay müddətinə X4 həvalə edilmişdir. Lakin iddia ərizəsi 27 avqust 2021-ci il tarixdə tərtib edilmiş və 08.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İddia ərizəsi imzalanan vaxt X2 ərizəni imzalamaq səlahiyyəti olmamışdır.- Azərbaycan Respublikası MPM-in 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Quba Regional X3 Cavabdeh qarşı torpaq sahəsinin geri tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar