Məhkəmə qərarları › İş №2(067)-2593/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2593/2021

09.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2593/2021 09.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi1 Mütəlib qızının və X2 adına verilmiş JN-031 A seriyalı, 30225038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara, yəni ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, rayonlarda aparılan aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən mülkiyyətllərinə Xaçmaz rayonunun Orta-oba kəndi ərazisindən 0,08 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağa mülkiyyət hüququna dair JN-031 A seriyalı, 30225038 kodlu şəhadətnamə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə o, Ərizəçi1 ata adı “Mütəllib” olduğu halda səhvən “Mütəlib” kimi yazılmışdır. Eyni zamanda o, Ərizəçi2 ata soyadı “ Kərimxanova” olduğu halda “Kərimxanov”, adı “Mira” olduğu halda səhvən “Musa”, ata adı isə “Cavid qızı” olduğu, halda səhvən “Cavid oğlu” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin JN-031 A seriyalı, 30225038 kodlu şəhadtnamədə səhvən yazıldığından müraciətərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə onlara imtina məktubu verilmişdir. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu digər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşlar. Qeyd etmişlər ki, ad, soyad və ata adlarının səhvən yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Yalama kənd İƏD nümayəndəsi müvafiq arayış vermişdir. Ərizəçi2 ata soyadı Kərimova olmuşdur, lakin rəsmi nikaha daxil olduğundan ər soyadı olan Əmirmətova soyadını qəbul etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki yanlışlıqlara fikir vermədiklərini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq torpaq sahəsi ötən müddət ərzində istifadələrində olduğuna görə şəhadətnamədəki yanlışlıqlara fikir vermədiklərini bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə Qusar rayonunun Həzrə kəndində anadan olmuşdur, hazırda Xaçmaz rayonunun Orta-oba kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 1******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə Xaçmaz rayonunun Orta-oba kəndində anadan olmuşdur, hazırda Xaçmaz rayonunun Ukuroba kəndində yaşayır. İş materiallarında olan AZ-İ seriyalı 029475 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, 18.09.2002-ci il tarixdə Əmirmətov Ramin Hacırəhim oğlu ilə X3 arasında rəsmi nikah qeydi bağlanmış, ərə “Əmirmətov”, arvada “Əmirmətova” soyadı verilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-031 A seriyalı, 30225038 kodlu şəhadətnamədən müəyyən olunur ki, rayonlarda aparılan aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən Ərizəçi1 və Ərizəçi2 və digər ailə üzvlərinin mülkiyyətlərinə Xaçmaz rayonunun Orta-oba kəndi ərazisindən 0,08 ha pay torpaq sahəsi verilmişdir, həmin şəhadətnamədə Ərizəçi1 ata adı “Mütəllib” olduğu halda səhvən “Mütəlib” kimi, Ərizəçi2 ata soyadı “ Kərimxanova” olduğu halda “Kərimxanov”, adı “Mira” olduğu halda səhvən “Musa”, ata adı isə “Cavid qızı” olduğu, halda səhvən “Cavid oğlu” kimi yazılmışdır. İş materiallarında olan Yalama kənd İƏD nümayəndəliyinin 21.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-031 A seriyalı, 30225038 kodlu şəhadətnamədə Ərizəçi1 ata adı “Mütəllib” olduğu halda səhvən “Mütəlib” kimi, Ərizəçi2 ata soyadı “ Kərimxanova” olduğu halda “Kərimxanov”, adı “Mira” olduğu halda səhvən “Musa”, ata adı isə “Cavid qızı” olduğu, halda səhvən “Cavid oğlu” kimi yazılmışdır. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26.08.2021-ci il məktubundan müəyyən olunur ki, JN-031 A seriyalı, 30225038 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə yanlışlıq olduğundan, müvafiq əməliyyatın aparılması mümkün olmamışdır və ərizəçilərə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarında olan 06.09.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçilər tərəfindən ərizənin verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, işdə olan sənədlərdən torpağa mülkiyyət hüququna dair JN- 031 A seriyalı, 30225038 kodlu şəhadətnamə əsasında Xaçmaz rayonunun Orta-oba kəndi ərazisindən 0,08 ha pay torpaq sahəsinin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və onların ailə üzvlərinin mülkiyyətinə verilməsi sübuta yeirilir. Buina görə də, məhkəmə ərizənin təmin edilməli olduğunu hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1 Mütəlib qızının və X2 adına verilmiş JN-031 A seriyalı, 30225038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar