Məhkəmə qərarları › İş №2(067)-2594/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2594/2021

20.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2594/2021 20.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Qaz İstismarı İdarəsinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.08.2020-ci il tarixli ******* №-li akt və «İtirilmiş qazın bərpası üzrə» 31.08.2020-ci il tarixli komissiya qərarı əsasında ona əsassız olaraq hesablanmış 216 manat məbləğində ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən evə gələrək evlərinə quraşdırılmış G-4 markalı ******* saylı qaz sayğacını dəyişdirib yenisi ilə əvəz etmişlər və bu barədə müvafiq akt tərtib etmişlər. Qaz sayğacı çıxarıldıqdan sonra keçən müddət ərzində onun hər hansı bir nasazlığı barədə qaz idarəsinin əməkdaşları ona heç bir iradlarını bildirməmişlər. Çıxarılan qaz sayğacı istifadəyə yararlı vəziyyətdə olmuş və həmin sayğacın göstəricilərinə əsasən o, istifadə etdiyi təbii qazın pulunu ödəmişdir. Qaz sayğacı çıxarılandan bir müddət sonra Xaçmaz RQİİ-nin əməkdaşları evinə gəlib ona bildirmişlər ki, evindən çıxarılmış qaz sayğacı laboratoriyaya göndərilmiş və guya sayğacda nöqsan aşkar edilmiş, yəni məlum olub ki, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən olunub, sayğaca müdaxilə edilib» rəyi verilmişdir. Onlar bu barədə 28.08.2020-ci il tarixli ******* №-li akt tərtib olunduğunu və komissiya qərarına əsasən ona 2160 kub metr qaz sərfıyyatı- 216 manat məbləğində ziyan hesablandığını, onun hesablanmış ziyanı ödəməli olduğunu bildirmişlər. O, tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.08.2020-ci il tarixli ******* №-li akt və «İtirilmiş qazın bərpası üzrə» 31.08.2020-ci il tarixli komissiya qərarı ilə razı deyildir. Belə ki, onun istifadəsində olduğu müddətdə sayğaca nə o, nə də ailə üzvləri heç bir müdaxilə etməmişlər. Sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzikcızıq izlərinin olmasının nə vaxt baş verməsi məlum deyildir. Hər ay qaz idarəsinin işçiləri sayğaca baxış keçirir, eləcə də qaz sərfıyyatı haqda bildiriş tərtib edirlər, keçən müddət ərzində sayğaca hər hansı bir müdaxilə halını onlar müşahidə etməli idi. Belə olan halda sayğaca müdaxilə olması ən çox bir ay ərzində nəzarətdən yayına bilərdi. Bundan başqa sayğac küçədə quraşdırıldığına görə hesab edir ki, o, sayğacın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşımır. Belə olduqla istənilən halda kənar şəxs belə sayğaca toxuna və müdaxilə edə bilər. Qeyd olunanlarla əlaqədar o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin onun tərəfindən imzalanmadığını, onun əvəzinə iddia ərizəsinin ərizəni yazdırdığı şəxs tərəfindən imzalandığını, öz əvəzinə iddia ərizəsini imzalamaq üçün heç kimə etibarnamə vermədiyini bildirmişdir. İş üzrə Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmadığını nəzərə alaraq, iddianın baxılmamış saxlanılmalı olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən 259.0.cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh İB-nə qarşı aktın ləğv olunması və əsasız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar