Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2599/2025 05.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1964-cü il təvəllüdlü qızı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onu qızı üzərində humayəçi təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1964-ci il təvəllüdlü X4 onun qızıdır. Qızı yataq xəstəsidir, hazırda gəzə, danışa, ümumiyyətlə heç bir hərəkət edə bilmir, iflicdir. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Baş beyin üzvü xəstəliyi (Atrafiya mənşəli) nəticəsində ağıl zəyifliyi kobud davranış pozuntuları ilə MMSE-3 diaqnozu qoyulmuşdur. Qızı ümumiyyətlə danışa və yeriyə bilmir, Bir kəlmə bele söz deyə, yerində qalxa və hər hansı bir ehtiyacını ödəyə bilmir, qızının vəziyyəti halhazırda ağırdır. Öz hərkətlərinin mənasını dərk etmir, özünü idarə etmək qabiliyyətində deyil, qızı heç bir müstəqil hərəkət edə bilmir, paltarını dəyişdirə, yeməyini yeyə, tualetini edə bilmir, ona ancaq o baxır. Mütləq qaydada qızı X1 şəxs nəzarət etməli, altını və paltarlarını və.s. təmizləməli və daima nəzarətdə saxlamalıdır. Bu faktlar xəstəxananın sənədlərində də öz əksini tapır. Daima kənar şəxslərin himayəsinə ehtiyacı vardır. Əmək qabiliyyətsizdir. İkinci dərəcə əlillik verilmişdir. Qızının və onun pensiya kartları olan pul kisəsi oğurlanıb, qızının pensiya kartını da bankdan götürə bilmir. Hər ay onun maddi cəhətdən təmin edilməsi üçün kifayət qədər pul vəsaiti tələb olunur. Vəziyyəti çox çətindir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki, qızı Firəngiz xəstəliyi ilə bağlı özünü idarə edə bilmir. Onun üçün əlilliyə görə pensiya alırmışlar, amma artıq pensiya kəsilmişdir. Yenidən pensiya təyin edilməsi üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Qızı hazırda da onunla yaşayır. Ona görə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində maraqlı tərəf Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına rəsmi qaydada xəbərdar edilməsinə baxmayaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 ekspert müayinəsindən keçmişdir. xx.xx.1964-cü il təvəllüdlü X4 ikinci dərəcəli əlillik dərəcəsi almışdır. -Mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3237 nömrəli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X3 baş beyinin üzvi (atrofiya mənşəli) xəstəliyi nəticəsində ağır dərəcəli demensiya ilə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. X3 müəyyən edilən baş beyinin üzvi (atrofiya mənşəli) xəstəliyi nəticəsində ağır dərəcəli demensiya ilə əlaqədar o, tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 müəyyən edilən baş beyinin üzvi (atrofiya mənşəli) xəstəliyi nəticəsində ağır dərəcəli demensiya ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1964-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2599/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2599/2025
05.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver