Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-261/2020 11.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1974-cü il tarixdə anadan olmuş qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, X6 qardaşıdır. Valideynlərindən atası Ənvər Mahmudov 2016-cı ildə, anası Saimat Mahmudova 1983-cü ildə vəfat edəndən sonra qardaşı onun himayəsində qalmışdır və ona hazıra kimi qulluq edir. Qardaşı anadangəlmə əlildir. Qardaşı anadangəlmə lal-kar doğulmuşdur. O psixi qüsurlarına görə öz hərəkətlərinin mənasını dərk etmir, özü-özünü idarə edə bilmir, kənar qulluğa ehtiyacı vardır. Qardlaşı onun tərəfindən idarə edilir, onun bütün ehtiyaclarını ödəyir. Qardaşı müstəqil yaşaya bilmir. Bu səbəbdən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Akif onun qardaşıdır, ruhi xəstədir. Valideynləri vəfat edib, ona bacıları Firuzə baxır. İş materiallarında olan doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1974-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Quba rayon X1 21 avqust 673 nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü X6 həqiqətən xx.xx.1986-cı il tarixdən Quba rayon PNRM-nin müşahidəsindədir. «Oliqofreniyanın debillik dərəcəsi, anadangəlmə lal-karlıq» diaqnozu verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli məhkəmə psixiatrik ekspertiza mərkəzinin rəyindən müəyyən olunur ki, X2 ifadə olunmuş debillik dərəcəsində oliqoareniya qeyd olunur. X6 onda qeyd olunan əqdi gerilik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə görə, hakim işin məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-261/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-261/2020
11.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver