Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2612/2021 21.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 adına verilmiş JN-1518 seriyalı, 30209028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onun, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, rayonlarda aparılan Aqrar İslahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarına əsasən onun mülkiyyətinə Xaçmaz rayonunun Sərkərli kəndi ərazisindən 0,10 ha həyatyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adına torpağın mülkiyyətə verilməsinə dair JN-1518 seriyalı, 30209028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin şəhadətnamədə onun adı “Cəlil” olduğu halda səhvən “Cəmil” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin JN-1518 seriyalı, 30209028 kodlu şəhadətnamədə adının səhv yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Bildirmək istəyir ki, sənədində olan səhv onun səhvi deyil, o səhvi dövlətin nümayəndəsi edib, o, savadsızdır bu səhvi düzəltmək iqtidarında deyil. Dövlət nümayəndəsinin səhvinə ğörə o, əziyyət çəkir, idarələri qəzir. Bir daha qeyd edir ki, şəhadətnamədə olan səhvə görə o, məsuliyyət daşımır. Qeyd edir ki, adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Yergüc İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən müafıq arayış verilmişdir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-1518 seriyalı 30209028 kodlu Dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarına əsasən X1 və qeyrilərin adına paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Sərkərli kəndi ərazisindən cəmi 0.10 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 12.06.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-1518 seriyalı, 30209028 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə edilmiş AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və atasının adı Ərizəçidur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-1518 seriyalı, 30209028 kodlu Dövlət Aktı Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2612/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2612/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver