Məhkəmə qərarları › İş №2(067)-2638/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2638/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2638/2021 20.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsinin mümkünlüyünə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, 706 saylı arxiv çıxarışı sənədləri olan 26.11.1992-ci il tarixli iclasın 19 saylı protokolundan çıxarışın, Xaçmaz şəhərinin baş planından çıxarışın, ayrılmış torpaq sahəsinin sxematik planının, 26 mart 1996-cı il tarixli Xaçmaz RİH-nin Tikinti və memarlıq şöbəsinin aktının vf4r və X2 Bürosunun 03 fevral 1993-cü il tarixli müqaviləsinin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizəçi mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, ərizədə qeyd edilən sənədlərin özünə məxsus olmasının müəyyən edilməsi üçün həmin sənədləri verən müvafiq qurumlara müraciət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün müvafiq sənədləri verən qurumlara müraciət etdikdən sonra ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün müvafiq sənədləri verən qurumlara müraciət etdikdən sonra ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar