Məhkəmə qərarları › İş №2(067)-2639/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2639/2025

20.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2639/2025 20.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 Feyzi oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, o, cərimə yazılan sayğacın quraşdırıldığı evdə yaşamır, orada qardaşı yaşayır. O, kənar xətt çəkib qazdan istifadə etmişdir. O bunu məhkəmədə bilmişdir. O, evdə 1 ədəd İran sobasından istifadə etmişdir, lakin ona cərimə yüksək məbləğdə hesablanmışdır. Qardaşının sayğacdan kənar qaz xəttindən niyə istifadə etməsini bilmir. İddia ərizəsini qardaşım yazmışdır, o da imzalamışdır, iddia ərizəsini o imzalamamışdır. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, iddianı əsassız hesab edir. Ona görə ki, iddiaçı özü iddia ərizəsini imzalamamışdır. Bundan başqa iddia ərizəsində özü etiraf etmişdir ki, sayğacdan kənar xətt çəkməklə təbii qazdan istifadə etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış qaz sərfiyyatı məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar