Məhkəmə qərarları › İş №2(067)-266/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-266/2021

19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-266/2021 19.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi Beydiyeva (Həmzəyeva) Rövsanə Azər qızının nümayəndəsi X8 iştirakı ilə Beydiyeva Rövsanə Azər qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Beydiyeva Rövsanə Azər qızı ərizə ilə məhkəməyə müraciət edərək torpağa mülkiyyət hüququna dair JN 135 saylı 30217018 kodlu dövlət aktının ona- Beydiyeva Rövsanə Azər qızı ilə bərabər digər mülkiyyətçilərə də məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon X5 xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ailə başçısı atası X11 olmaqla ailə üzvlərinə 1,43 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsinə dair dövlət aktı verilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş pay torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq qərarına gəlmişlər. Lakin dövlət aktında adı səhvən Rəqsanə kimi yazıldığından sənədlərdə uyğunsuzluba səbəb olmuşdur. Bu səbəbdən torpaq sahəsinə dair yeni mülkiyyət sənədi ala bilmir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Rəqsanə adlı qızı olmayıb. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 135 saylı 30217018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X5 xx xxxxxx 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X8, X6, X2, X3, X4 və X10 mülkiyyətlərinə 1,43 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında AZE seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Həmzəyeva Rövsanə Azər qızı xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ilə Beydiyeva Rövsanə Azər qızı arasında nikah xx.xx.2007-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın ərinin soyadı olan Həmzəyeva soyadını qəbul etmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı ərazi idarəsinin məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 135 saylı 30217018 kodlu dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qımıl-qışlaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 1111 nömrəli arayışından müəyyən olunur ki, Xaçmaz rayon Nərəcan kəndində yerləşən 1,43 ha torpaq sahəsinə dair JN 135 saylı 30217018 kodlu dövlət aktında mülkiyyətçilərdən Həmzəyeva Rövsanə Azər qızının adı səhvən Rəqsanə kimi yazılmışdır. Lakin ona məxsus AZE 09650776 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən adı Həmzyeva Rövsanə Azər qızı kimi qeyd olunmalıdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qımıl-qışlaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 76 nömrəli arayışından müəyyən olunur ki, X8 Rəqsanə Beydiyeva adlı övladı yoxdur. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, ərizəçi torpağa mülkiyyət hüququna dair JN 135 saylı 30217018 kodlu dövlət aktında adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi sənədlərdə Beydiyeva Rövsanə Azər qızının adı yanlış olaraq «X9» kimi qeyd olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, torpağa mülkiyyət hüququna dair JN 135 saylı 30217018 kodlu dövlət aktının Beydiyeva Rövsanə Azər qızına da məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 135 saylı 30217018 kodlu dövlət aktının «aktda adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Beydiyeva (Həmzəyeva) Rövsanə Azər qızına da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar