Məhkəmə qərarları › İş №2(067)-2664/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2664/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2664/2021 25.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək X19, Ərizəçi2 Gülməmməd oğlunun, X3, X6 və X2, adına verilmiş JN-0051 seriyalı, 30212068 kodlu dövlət aktının onların yəni ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 26.07.2012-ci il tarixdə vəfat etmiş X5 və 27.11.2014-cü il tarixdə vəfat etmiş X10 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən mülkiyyətlərinə Xaçmaz rayonunun Fərzəli-oba kəndi ərazisindən 3.24 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-0051 seriyalı, 30212068 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onların yəni, ərizəçilər Ərizəçi1 soyadı “Şixmuradova” olduğu halda səhvən “İsayeva”, Ərizəçi2 ata adı “Güləmməd oğlu” olduğu halda səhvən “Gülməmməd oğlu”, Ərizəçi3 ata soyadı “Şixmuradova” olduğu halda səhvən “Şixmuradova”, ata adı isə “Gülməmməd qızı” olduğu halda səhvən “Güləmməd qızı” kimi qeyd edilməsi, eləcədə ailə üzvləri olmuş 26.07.2012-ci il tarixdə vəfat etmiş X4, soyadı “Şixmuradova” olduğu halda səhvən “Şixmuradova” ata adı “Güləmməd qızı” olduğu halda səhvən “Güləmməd qızı” 27.11.2014-cü il tarixdə vəfat etmiş X1 “Şixmuradov” olduğu halda səhvən “Şıxmuradov, adının isə “Güləmməd” olduğu halda səhvən “Gülməmməd" kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yaxm vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişər. Lakin JN-0051 seriyalı, 30212068 kodlu dövlət aktında soyadları, adları və ata adları səhvən yazıldığından müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyləri tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaİdırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edir ki, soyadlarının səhvən yazılması barədə Xaçmaz rayon icra Hakimiyyətinin Başçısının İƏD nümayəndəsi müvafiq arayış vermişdir.Ona görə də sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi və digər ərizəçilər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin və digər ərizəçilərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şixmuradov Samir İsaməddin oğlu bildirmişdir ki, ərizəçilərin əmisi oğludur. Ərizəçilərin atası onun doğma əmisi olmuşdur. Əmisinə və ailəsinə yaşadıqları kəndin ərazisindən 3.24 ha pay torpaq sahəsi verilmişdir. Əmisinin adı Güləmməd idi, bir neçə sənəddə isə əmisinin adı səhvən Gülməmməd qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X20 bildirmişdir ki, ərizəçilərin qonşusudur. yaşadıqları kəndin ərazisindən 3.24 ha pay torpaq sahəsi verilmişdir. Ərizəçi2 atasını tayırıdı, onun adı Güləmməd olsa da, bir çox adam onu Gülməmməd olaraq çağırırdı, ola bilsin bu səbəbdən də, sənəddə adı səhv yazılmışdı. Məhkəmə ərizəçinin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0051 seriyalı, 30212068 kodlu Dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən X19, Ərizəçi2 Gülməmməd oğlunun, X3, X6 və X2 adına paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Fərzəli-oba kəndi ərazisindən cəmi 3.24 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X24 26.03.1990-cı ildə nikaha daxil olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şixmuradov Güləmməd Əmrah oğlu 27.11.2014-cü ildə X9 isə 26.07.2012-ci ildə vəfat etmişlər. İş materiallarında olan AZE №******** seriya nömrəli səxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X11 17.12.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Ərə Ağakişiyev, arvada Ağakişiyeva soyadları verilmişdir. Belə ki, sənədlərlə müəyyən olunur ki, 25 fevral 1998-ci il tarixdə torpaqların paylanması zamanı Ərizəçi3 soyadı Şixmuradova olmuşdur. İş materiallarında olan AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və atasının adı Ərizəçi2dur. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 08.09.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-0051 seriyalı, 30212068 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-281 seriyalı 30212068 kodlu Dövlət Aktı Ərizəçi1, Ərizəçi2 və X7, 26.07.2012-ci il tarixdə vəfat etmiş X5 və 27.11.2014-cü il tarixdə vəfat etmiş X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar