Məhkəmə qərarları › İş №2(067)-2671/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2671/2025

03.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2671/2025 03.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh İB-nin Xaçmaz Rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair 23.xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında yazılmış 4147.20 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacdan qeyri-qanui qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar olması barədə Azəriqazın əməkdaşları tərəfindən 23.xx.xx.2023-cü il tarixli ******* nömrəli akt yazaraq onu cəmi 4147.20 manat cərimə ediblər. Lakin onun sayğacı bayırda yerləşir, onun heç nədən xəbər olmayıb, hər hansı müdaxilə olmayıb. 23.xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, kənar xəttə qoşulub 15 gün istifadə etmişdir. Yanvar ayında akt tərtib olunub, 4147 manat yazılıb. Azaldılması və yaxud silinməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Baxış zamanı kənar xətt qoşulduğu müəyyən edilmişdir. Bununla bağlı sübut kimi video-disk təqdim edilmişdir. Başqa əlavəsi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 Xaçmaz Filialının nümayəndəsi X5 izahatında göstərmişdir ki, sərfiyyat düzgün hesablanmayıb, cərimə cox hesablanıb. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23.xx.xx.2023-cü il tarixli ******* saylı aktda “qeyri-qanui qaz xətti ilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir”. - Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 34560 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir. - İş materiallarında olan abonentin saldosundan görünür ki, 4147.20 manat borc qeyd edilmişdir. - Enerji X1 Xaçmaz Filialının xx.xx.2025-ci il tarixli rəyindən müəyyən olunur ki, araşdırma zamanı tərtib ediimiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda vətəndaşa məxsus fərdi yaşayış evində istifadə olunan qaz sayğacının saatlıq sərfiyyatı 24 saata və 360 günə vurularaq hesabat aparılmışdır. Lakin Xaçmaz RQİ nin nümayəndələri tərəfindən tərtib olunmuş inventar aktında 1 ədəd məişət tipli PC 4 qaz plitəsi, 1 ədəd qaz sobası və 1 ədəd axmlı su qızdırıcısının olduğu qeyd olunmuşdur. Tərtib edilmiş akt və aparılmış hesabat zamanı Cavabdeh İB-nin Xaçmaz RQ tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrə Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 6.5-3-cü bəndinin (istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcısı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsu qoşulma hallan aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır) tələbləri pozulmuşdur. Həmin Qaydaların 6.5-1-ci bəndinə əsasən “İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır; 6.5-1.1 .-sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü: 6.5-1.2.-əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1,3.-istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası;. “Qazdan istifadə Qaydalan”mn 3.1.10.-cu bəndi: bu Qaydaların 2.11-1-ci və 2.11- 2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 3.1.11. qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir. Təhlil zamanı müəyyən edilmişdir ki, Xaçmaz RQİl tərəfindən qaz xətlərinə və qaz sayğacına texniki baxışın keçirilməsi haqqında heç bir sənəd təqdim olunmamışdır. Göründüyü kimi, Cavabdeh İВ-nin Xaçmaz RQİİ tərəfindən Xaçmaz rayonu. Qobu-Qırağı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş ziyanın hesablanması zamanı qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istifadə edilən qaz cihazlarının xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) nəzərə alınmamış və qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Odur ki, tərtib olunmuş inventar aktında qeyd olunmuş qaz cihazlarına əsasən hesabat aşağıdakı qaydada aparılmalıdır. Məişət tipli PQ-4 qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 m3 x 6 saat x 90 gün = 648 m3 x 0,12 qəpik = 77,76 manat, 1 ədəd qızdırıcı sobanın saatlıq qaz sərfiyyatı 0,8 m3 x 12 saat x 90gün = 864 m3 x 0,12 qəpik = 103,68 manat, 1 ədəd qənaətcil su qızdırıcısının saatlıq qaz sərfiyyatı 0,75 m3 x 12saat x 90 gün = 810 m3 x 0,12 qəpik = 97,2 manat, cəmi 278,64 manat təşkil edir. - Məhkəmə iclasında nümayiş etdirilən cavabdehin təqdim etdiyi CD diskindən görünür ki, iddiaçının istifadəsində olan sayğacdan kənar qaz xəttinə qoşulma faktı baş vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdankənar istifadə etməsi ilə bağlı 23.xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında ona 4147.20 manat cərimə hesablanmışdır. İddiaçı sayğacdan kənar qoşulmanı etiraf edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin: - 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. - Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. - Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: - 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. - Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. - Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: - 3.2.1 və 3.2.2-ci bənd - qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. - 4.2-ci bənd - məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.8-ci bənd - fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-ci bənd - istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. - 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. - 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə 23.xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4147.20 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul edir, lakin akt əsasında hesablanmış borc məbləğini mübahisələndirmişdir. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır. Lakin məhkəmə dəymiş ziyanın 4147.20 manat məbləğində olması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, cavabdeh təşkilat tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin nəyə görə 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir. Məhkəmə hesab edir ki, PQ4 qaz plitəsinin maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarına, o cümlədən iş üzrə verilmiş mütəxəssis rəyinə və işin digər hallarına əsaslanaraq, hesab edir ki, iddiaçı tərəfindən vurulmuş ziyanın ümumi məbləği 278.64 AZN təşkil edir: məişət tipli PQ-4 qaz plitəsi üçün 77,76 manat, 1 ədəd qızdırıcı soba üçün 103,68 manat, 1 ədəd qənaətcil su qızdırıcısı üçün 97,2 manat. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 58.69 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi üzrə hesablanmış 4147.20 manatdan 3868.56 manat pul abonentin hesabından silinməli, eyni zamanda dəyəri ödənilmədən istehlak olunmuş təbii qaza görə ümumilikdə 278,64 manat borc abonent İddiaçı düzgün tətbiq edildiyindən və həmin hissədə iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu-**********11790) 23.xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 3868.56 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə iddiaçının ödəməkdən azad edildiyi 58.69 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar