Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2675/2021 21.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi1 İmam oğlu, X4, X5, X6 və X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN- 109 seriyalı, 30213048 kodlu dövlət aktının digər ailə üzvləri ilə birgə onlara, yəni Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən birinci Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayonunda aparılan Aqrar islahatı zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən onların paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Manafoba kəndi ərazisindən cəmi 1,76 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları verilmiş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun ata adı “İmaməddin” olduğu halda səhvən “İmam”, Ərizəçi3 adı səhvən “Nailə”, Ərizəçi2 adı səhvən “Natəvan” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yeni mülkiyyət sənədi almaq üçün onlar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Təqdim etdikləri sənədlər nəzərdən keçirilərkən yuxarıda qeyd olunan ad uyğunsuzluqlar müəyyən edildiyindən müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də onlar hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Göstərilənlərə əsasən ərizələrinin təmin edilməsini, Ərizəçi1 İmam oğlu, X4, X5, X6 və X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktının digər ailə üzvləri ilə birgə onlara, yəni Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən digər ərizəçilər Ərizəçi3 və Ərizəçi2 ərizələrini müdafiə edərək Ərizəçi1 qızının izahatı ilə eyni məzmunlu izahatlar verməklə ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X13 göstərdi ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 onun qohumlarıdırlar. Xaçmaz rayonunda aparılan Aqrar islahatı zamanı ərizəçilərin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Manafoba kəndi ərazisindən cəmi 1,76 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları verilmiş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında onun ata adı “İmaməddin” olduğu halda səhvən “İmam”, Ərizəçi3 adı səhvən “Nailə”, Ərizəçi2 adı səhvən “Natəvan” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yeni mülkiyyət sənədi almaq üçün onlar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Təqdim etdikləri sənədlər nəzərdən keçirilərkən yuxarıda qeyd olunan ad uyğunsuzluqları müəyyən edildiyindən müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçilərin digər qohumu X14 şahid X7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçilərin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, birinci ərizəçinin şəxsiyyəti Ərizəçi1 olmaqla o, Xaçmaz rayonunun Manafoba kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ikinci ərizəçinin şəxsiyyəti Ərizəçi3 olmaqla o, Xaçmaz rayonunun Manafoba kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, üçüncü ərizəçinin şəxsiyyəti X2 olmaqla o, Xaçmaz rayonunun Manafoba kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 25 noyabr 2008-ci il tarixli, AZ-İ seriyalı, 463262 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 qızlıq soyadı Ağcabəyova olmuş, 25 noyabr 2008-ci il tarixdə X3 ilə rəsmi nikaha daxil olduqdan sonra ər soyadı olan Ağaşirinova soyadını qəbul etmişdir. Mülki işə əlavə olunmuş 14 oktyabr 2015-ci il tarixli, AZ-İİ seriyalı, 083314 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 qızlıq soyadı Ağcabəyova olmuş, 14 oktyabr 2015-ci ildə X15 ilə rəsmi nikaha daxil olduqdan sonra ər soyadı olan Qambayeva soyadını qəbul etmişdir. Mülki işə əlavə olunmuş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Manafoba kəndi ərazisindən cəmi 1,76 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İstinad olunan dövlət aktından görünür ki, həmin mülkiyyət sənədində Ərizəçi1 ata adı “İmaməddin” olduğu halda səhvən “İmam”, Ərizəçi3 adı səhvən “Nailə”, Ərizəçi2 adı səhvən “Natəvan” kimi yazılmışdır. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çinartala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli, 386 saylı arayışdan görünür ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 və digər ailə üzvlərinin adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktında Ərizəçi1 ata adı “İmaməddin” olduğu halda səhvən “İmam”, Ərizəçi3 adı səhvən “Nailə”, Ərizəçi2 adı səhvən “Natəvan” kimi yazılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ünvanladığı 03 sentyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktında hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldılırılması və düzəlişlərin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçilərin izahatları, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçilərin şəxsiyyəti Ərizəçi1, Qambayeva (Ağcabəyova) Nahidə Fizuli qızı və Ağaşirinova (Ağcabəyova) Natavan Fizuli qızıdır. Xaçmaz rayonunda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Manafoba kəndi ərazisindən cəmi 1,76 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsiinə ərizəçilərin və ailə üzvlərinin mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktı ilə rəsmiləşdirilimişdir. Lakin həmin dövlət aktında Ərizəçi1 ata adı “İmaməddin” olduğu halda səhvən “İmam”, Ərizəçi3 adı səhvən “Nailə”, Ərizəçi2 adı səhvən “Natəvan” kimi yazılmışdır. Həmin vaxt ərizəçilər hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Hal-hazırda ərizəçilər mülkiyyətlərinə verilmiş torpaq sahələrinə dair yeni mülkiyyət sənədi almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Təqdim etdikləri sənədlər nəzərdən keçirilərkən yuxarıda qeyd olunan ad uyğunsuzluqları müəyyən edildiyindən müraciətlərinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Ona görə də ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə tədqiqatı zamanı torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktı digər ailə üzvləri ilə birgə ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquq müəyyənedici sənədlərin digər ailə üzvləri ilə bərabər onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi1 İmam oğlu, X4, X5, X6 və X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktının digər ailə üzvləri ilə birgə ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1 İmam oğlu, X4, X5, X6 və X1 adına verilmiş torpağa mülkiyyət hüququna dair JN-109 seriyalı, 30213048 kodlu dövlət aktının digər ailə üzvləri ilə birgə ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-2675/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2675/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver