Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2677/2020 18.12.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın və komissiya qərarının ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı Cavabdehnə qarşı aktın və komissiya qərarının ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün ilk növbədə Cavabdehnə müraciət etməli olduğu halda, qanunvericilikdə müəyyən olunmuş müvafiq qaydaya riayət etmədən birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsi” nin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. İddiaçı tərəfindən müqavilənin 5.2-ci bəndinə uyğun olaraq, borcun silinməsi üçün cavabdeh Socar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün cavabdeh Socar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdehnə qarşı aktın və komissiya qərarının ləğv edilməsi, borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya iddiaçıya cavabdehlə mübahisəni məhkəmədən kənar (pretenziya qaydasında) nizama salmaq üçün cavabdeh Socar Dövlət Neft Şirkətinin Cavabdeh İB-nin Xaçmaz RQİİ-nə rəsmi müraciət etdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2677/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2677/2020
18.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver