Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2685/2022 04.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı kompensasiya ödənilməklə evə köçürülmə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1407 saylı qətnaməsinin ləğv edilərək 25000 manat məbləğində kompensasiya ilə əvəz olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iş üzrə cavabdeh X2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçının iddiası ümumiyyətlə əsassızdır. İddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh1 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinə əsasən iddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1407 saylı qətnamənin ləğv edilməsini və ona 25000 manat məbləğində kompensasiya ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə onu qeyd edir ki, bir birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək digər birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264-cü və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh1 qarşı Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1407 saylı qətnaməsinin ləğv edilərək 25000 manat məbləğində kompensasiya ilə əvəz olunması barədə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 115 manat (Qəbz №-si 908503127, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2685/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2685/2022
04.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver