Məhkəmə qərarları › İş №2(067)-2686/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2686/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2686/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X28, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi «Sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X21, X11, X13, X17 və X6 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamənin ailə üzvü X17 ilə birgə ona, yəni Ərizəçi, 12 yanvar 2008-ci ildə vəfat etmiş X8, 13 mart 2008-ci ildə vəfat etmiş X5 və 22 avqust 2016-cı ildə vəfat etmiş X18 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən birinci Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. Bacısı ailə üzvləri ilə birgə Xaçmaz rayonunun Nərəcan kəndində yaşayır. Xaçmaz rayonunda aparılan Aqrar islahatı zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən bacısı Ərizəçi, ailə üzvləri X17, X14, X9 və X15 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən cəmi 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə bacısı Tuğyənin adı səhvən “Tuqiyyə”, ata soyadı “Ələskərova” olduğu halda səhvən “Ələsgərova”, eləcə də Tuğyənin ailə üzvləri olmuş 12 yanvar 2008-ci ildə vəfat etmiş X1 səhvən “Ələsgərova”, 13 mart 2008-ci ildə vəfat etmiş X3 adı səhvən “Minavər” və 22 avqust 2016-cı ildə vəfat etmiş X15 ata adı səhvən “Cəlil” kimi yazılmışdır. Həmin vaxt bacısı və ailə üzvləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yeni mülkiyyət sənədi almaq üçün bacısı Tuğyə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən yuxarıda qeyd olunan soyad, ad və ata adı uyğunsuzluqları müəyyən edildiyindən müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də bacısı hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini, X21, X11, X13, X17 və X6 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamənin ailə üzvü X17 ilə birgə bacısı- Ərizəçi, 12 yanvar 2008-ci ildə vəfat etmiş X8, 13 mart 2008-ci ildə vəfat etmiş X5 və 22 avqust 2016-cı ildə vəfat etmiş X18 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 göstərdi ki, Ərizəçi onun qohumudur. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən qohumu Ərizəçi, digər ailə üzvləri X17, X14, X9 və X15 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən cəmi 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə Tuğyənin adı səhvən “Tuqiyyə”, ata soyadı “Ələskərova” olduğu halda səhvən “Ələsgərova”, eləcə də Tuğyənin ailə üzvləri olmuş mərhum X1 səhvən “Ələsgərova”, mərhum X3 adı səhvən “Minavər” və mərhum X15 ata adı səhvən “Cəlil” kimi yazılmışdır. Həmin vaxt ərizəçi və ailə üzvləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Hazırda yeni mülkiyyət sənədi almaq üçün Ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən yuxarıda qeyd olunan soyad, ad və ata adı uyğunsuzluqları müəyyən edildiyindən müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən ərizəçilərin digər qohumu X29 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin şəxsiyyəti Ərizəçi olmaqla o, Xaçmaz rayonunun Nərəcan kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş 01 may 2004-cü il tarixli, AZ-İ seriyalı, 066681 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçinin ata soyadı Ələskərova olmuş, 01 may 2004-cü il tarixdə X30 ilə rəsmi nikaha daxil olduqdan sonra ər soyadı olan “Yaqubova” soyadını qəbul etmişdir. Mülki işə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən Ərizəçi, ailə üzvləri X17, X14, X9 və X15 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən cəmi 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. İstinad olunan şəhadətnaməndan görünür ki, həmin mülkiyyət sənədində Ərizəçi adı səhvən “Tuqiyyə”, ata soyadı “Ələskərova” olduğu halda səhvən “Ələsgərova”, eləcə də ailə üzvləri olmuş X1 səhvən “Ələsgərova”, X3 adı səhvən “Minavər” və X15 ata adı səhvən “Cəlil” kimi yazılmışdır. Mülki işə əlavə olunmuş 28 mart 2012-ci il tarixli, AZ-İ seriyalı, 526602 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi digər ailə üzvü olmuş paylı mülkiyyətçi X14 12 yanvar 2008-ci ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş 28 mart 2012-ci il tarixli, AZ-İ seriyalı, 526601 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi digər ailə üzvü olmuş paylı mülkiyyətçi X12 13 mart 2008-ci ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş 26 oktyabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 833525 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi digər ailə üzvü olmuş paylı mülkiyyətçi Ələsgərov Əliqulu Xəlil oğlu 12 yanvar 2008-ci ildə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, 679 saylı arayışdan görünür ki, Ərizəçi və ailə üzvlərinin adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamədə paylı mülkiyyətçilərin şəxsiyyəti səhvən X21, X11, X13, X17 və X2 yazılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 10 sentyabr 2021-ci il tarixli, **********06 nömrəli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamədə hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqların aradan qaldılırılması və düzəlişlərin həyata keçirilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə müəyyən edilmişdir ki, ərizəçinin şəxsiyyəti Ərizəçidır. Xaçmaz rayonunda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən Ərizəçi, ailə üzvləri X17, X14, X9 və X15 paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən cəmi 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə ərizəçinin adı “Tuğyə” olduöu halda səhvən “Tuqiyyə”, ata soyadı “Ələskərova” olduğu halda səhvən “Ələsgərova”, eləcə də üzvləri olmuş 12 yanvar 2008-ci ildə vəfat etmiş X1 səhvən “Ələsgərova”, 13 mart 2008-ci ildə vəfat etmiş X3 adı səhvən “Minavər” və 22 avqust 2016-cı ildə vəfat etmiş X15 ata adı səhvən “Cəlil” kimi yazılmışdır. Həmin vaxt ərizəçi və ailə üzvləri hüquqi savadsızlıqdan bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Yeni mülkiyyət sənədi almaq üçün ərizəçi Tuöyə Yaqubova Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim etdiyi sənədlər nəzərdən keçirilərkən yuxarıda qeyd olunan soyad, ad və ata adı uyğunsuzluqları müəyyən edildiyindən müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə tədqiqatı zamanı torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamənin digər ailə üzvü X17 ilə birgə Ərizəçi, 12 yanvar 2008-ci ildə vəfat etmiş X8, 13 mart 2008-ci ildə vəfat etmiş X5 və 22 avqust 2016-cı ildə vəfat etmiş X18 məxsus olması faktı tamamilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquq müəyyənedici sənədlərin digər ailə üzvləri ilə bərabər ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən məhkəmə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamənin digər ailə üzvü X17 ilə birgə Ərizəçi, 12 yanvar 2008-ci ildə vəfat etmiş X8, 13 mart 2008-ci ildə vəfat etmiş X5 və 22 avqust 2016-cı ildə vəfat etmiş X18 məxsus olması faktı məhkəmə tədqiqatı zamanı öz təsdiqini tapdığından ərizə təmin edilməklə qeyd edilən hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-311, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-103F seriyalı, 30217018 kodlu şəhadətnamənin digər ailə üzvü X17 ilə birgə Ərizəçi, 12 yanvar 2008-ci ildə vəfat etmiş X8, 13 mart 2008-ci ildə vəfat etmiş X5 və 22 avqust 2016-cı ildə vəfat etmiş X18 məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar