Məhkəmə qərarları › İş №2(067)-2695/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2695/2022

30.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2695/2022 30.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı1 cavabdehlər İddiaçı3 və İddiaçı2 qarşı miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı1 cavabdehlər İddiaçı3 və İddiaçı2 qarşı miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-710/2022 saylı qərardadı ilə hazırkı mülki iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi Xaçmaz Rayon Məhkəməsinə aid olmadığından ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia ərizəsindən görünür ki, cavabdehlər qismində İddiaçı3 və İddiaçı2 qeyd edilmişdir. Sonradan İddiaçı1 iddianın əsasının dəyişdirilməsi və əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə təqdim etmişdir. Həmin ərizədə cavabdeh kimi Cavabdeh, iddiaçılar qismində isə özü ilə yanaşı ilk iddiada olan cavabdehlər, yəni İddiaçı3 və İddiaçı2 qeyd edilmişlər. Şabran rayon məhkəməsinin qərardadından isə göründüyü kimi, yalnız mülki işin aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehlərin əsl cavabdehlə əvəz olunması və iddianın əsasını dəyişdirilməsinə dair münasibət bildirilməmiş, bunun nəticəsində də cavabdehlər əvəz olunmamışdır. Məhkəmə hesab edir ki, Şabran rayon məhkəməsinin müvafiq qərardadı ilə hazırki iş üzrə cavabdehlər İddiaçı3 və İddiaçı2 əsl olmayan cavabdeh kimi Cavabdeh ilə əvəz edilmədiyindən, sonuncu iddia ərizəsi üzrə cavabdeh qismində tanına bilməz. Belə olan halda hazırki iddia ərizəsi üzrə mülki işə iş üzrə cavabdeh olmayan Cavabdeh qeydiyyatda olduğu yer üzrə Xaçmaz rayon məhkəməsində baxılması məqsəmüvafiq deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən məhkəmə, Şabran Rayon Məhkəməsinin hazırkı iddiaya Xaçmaz Rayon Məhkəməsində baxılmalı olmasına dair gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmələr arasında işin aidiyyatı ilə bağlı fikir ayrılığı olduğundan həmin məsələyə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 36, 45, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı1 Mehbulla qızının cavabdehlər İddiaçı3 və İddiaçı2 qarşı miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olduğunun müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar