Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2698/2021 29.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçilər X1 və Ərizəçi2 sənədin şəxsə məxsus olmasına dair ərizələrinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçilər X1 və Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair JN 379 KOD 30212018 saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizəyə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətində ərizəçilərdən birinin adı “Bəhrəm” olduğu halda ərizədə “Bəhram” kimi göstərilmişdir. Buna görə də, ərizənin həmin şəxs və ya başqa şəxs tərəfindən verilibverilməməsi müəyyən edilmir. Bununla yanaşı ərizəçilərdən yalnız bir nəfər mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət edərək, DƏDRX 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Digər ərizəçi tərəfindən müvafiq qaydaya əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, ərizə geri qaytarılmalı, ərizəçilərə göstərilən nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçilər X1 və Ərizəçi2 sənədin şəxsə məxsus olmasına dair ərizələri geri qaytarılsın. Ərizəçilərə göstərilən nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2698/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2698/2021
29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver