Məhkəmə qərarları › İş №2(067)-27/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-27/2023

26.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-27/2023 26.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq istifadəyə verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh oglu tərəfindən ona ayrılmış 0,06 həyətyanı torpaq sahəsində inşa edilmiş tikilinin (tövlənin) onun öz vəsaiti hesabına sökülərək ərazinin boşaldılıb təmizlənərək istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışlar ki, Xaçmaz rayonu keçmiş XDS -nin Rəyasət Heyətinin 01 oktybar 1992-ci il tarixli 18 saylı protokoluna əsasən və keçmiş “Şəfəq” sovxozu direktorunun xx.xx.1992-ci il tarixli 03 saylı əmrinə müvafiq olaraq ona 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ərazinin sxematik planından çıxarışdan da görünür ki, ona ayrılmış torpaq sahəsinin uzunu 30 metr, eni 20 metrdir. Ona ayrılmış torpaq sahəsinin arxa hissəsində boş ərazi yəni bələdiyyə torpağı, bələdiyyə torpağından sonra isə Cavabdeh həyətyanı torpaq sahəsi və evi yerləşir. Cavabdeh ona məxsus torpaq sahəsini və eyni zamanda bələdiyyəyə məxsus torpaq sahəsini öz topraq sahəsinə biləşdirərək bütövlükdə istifadə edir. Ona ayrılmış 0,06 ha torpaq sahəsində 14x4 metr ölçüdə tövlə tikmiş, orada mal-qara saxlayır, ərazinin bir hissəsinə də tövlədən çıxardığı peyini tökmüşdür. Cavabdehlə bununla əlaqədar aralarında dəfələrlə söhbətlər olmuşdur. Əvvəl ona bildirmişdir ki, ona məxsus 0,06 ha torpaq sahəsinin dəyərini ona ödəyərək oranı alacaq. O, da ona inanaraq gözləmişdir ki, torpağı satın alar, lakin torpağın dəyərində ödəməkdən imtina edərək əsassız və qanunsuz olaraq torpaq sahəsini istifadə etməkdə davam edir. Qeyd olunan torpaq sahəsinə mülkiyyət sənədi almaq üçün 80 manat ödəyərək DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən torpaq sahəsində tikili olduğuna görə müikiyyət sənədi ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onlara məxsus 6 sot torpaq sahəsində tövlə tikib və istifadə edir. Bununla bağlı özbaşına tikilən tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq istifadəyə verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil izahatında göstərmişdir ki, təmsil etdiyi şəxsin torpaq sahəsi cavabdehin evinin yaxınlığında yerləşir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsində tövlə tikib. Hazırda da həmin tikilidən istifadə edir. Bu səbəbdən özbaşına tikilən tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq istifadəyə verilməsini xahiş edir. Əvvəlki məhkəmə hazırlıq iclasın da Cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehın məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayonu keçmiş XDS -nin Rəyasət Heyətinin 01 oktybar 1992-ci il tarixli 18 saylı protokoluna əsasən və keçmiş “Şəfəq” sovxozu direktorunun xx.xx.1992-ci il tarixli 03 saylı əmrindən müəyyən olunur ki, İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Ərazinin sxematik planından çıxarışdan müəyyən olunur ki, İddiaçı ayrılmış torpaq sahəsinin uzunu 30 metr, eni 20 metrdir İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 10/3680 nömrəli ekspert rəyindən müəyyən olunur ki6 - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Xaçmaz rayonu keçmiş XDS-nin Rəyasət Heyətinin 01 oktyabr 1992-ci il tarixli, 18 saylı protokoluna əsasən Xaçmaz şəhər “Şəfəq” sovxozu üzrə- İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin sərhədləri müəyyən edildi. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssi: rəyində qeyd edilir ki, Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin 01 oktyabr 1992-ci i tarixli. 18 saylı protokoluna əsasən Xaçmaz rayon “Şəfəq” sovxozu üzrə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsində cavabdeh tərəfindən tikili inşa edilmişdir. İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsindən cavabdeh tam olaraq istifadə edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh tərəfindən Xaçmaz rayon XDS-nin Rəyasət Heyətinin 01 oktyabr 1992-ci i tarixli. 18 saylı protokoluna əsasən Xaçmaz rayon “Şəfəq” sovxozu üzrə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsində eni 6 metr, uzunu 10.40 metr olan mal-qara tövləsi inşa edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq istifadəyə verilməsi tələbinə dair iddiası təmin olunsun. Cavabdeh tərəfindən İddiaçı məxsus 0.06 ha torpaq sahəsində inşa edilmiş tikili (tövlə) Cavabdeh vəsaiti hesabına sökülərək ərazi boşaldılsın, təmizlənərək İddiaçı istifadəsinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar