Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-270/2025 16.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X15 qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqavilələrinin və çıxarışların ləğvi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz şəhəri, M.P.Axundov küçəsi, ev 23-də yerləşən 0.415 ha torpaq sahəsi və üzərində olan 138.20 kvm fərdi yaşayış evi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayon, notarial kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 40-2291 reyestr nömrəli bağışlanma müqaviləsinin, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, M.E.Axundov küçəsi ev 23-də yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinə dair verilmiş DƏDRX-nin Xaçmaz rayon 5 saylı Ərazi İdarəsi tərəfindən Kod **********27-10301 saylı, xx.xx.2019-cu il tarixli çıxarışın, xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində cavabdehlər arasında bağlanan bağışlanma müqaviləsinin və xx.xx.1992-ci il tarixdə X29 qanunla vərəsəlik hüququ haqqında şəhadətnamədə 3 övladı X2, Cavabdeh2 və Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxınlarıdır. Cavabdeh1 əmim, Cavabdeh2 isə bibisidir. Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 23-də yerləşən 0.415 ha torpaq sahəsi və üzərində olan 138.20 kvm fərdi yaşayış evi atası X3 anası, yəni nənəsi X24 məxsus olmuşdur. Həmin xx.xx.1992-ci il tarixdə torpaq sahəsinin və fərdi yaşayış evinə dair verilmiş arxiv sənədlərindən görünür ki, X16 7 övladı olmuşdur. Lakin xx.xx.1992-ci il tarixdə X29 qanunla vərəsəlik hüququ haqqında şəhadətnamədə 3 ovladı X7, Cavabdeh2 və Cavabdeh1 göstərmişdir. Digər 4 övladı - X8, X1, X4, X5 vərəsəlik hüququ haqqında şəhadətnamələrdə göstərməmişdir. xx.xx.1992-ci il tarixdə Xaçmaz rayon Dövlət Natarusunda vərəsəliklə bağlı baxmayaraq ki, 7 nəfər vərəsə vardır, yalnız övladlarından 3 nəfərə vərəsəlik vermişdir. Bu səbəbdən də o, atası Bəhram Nüsrəddin oğlunun vərəsəsidir səbəbdən də mən atam Mustafayev Və düşünürəm ki, vərəsəlik şəhadətnaməsi, bağışlanma müqaviləsi, və çıxarışlar ləğv edilərək bütün vərəsələr yəni X26 və X16 birgə nikahlarından olan övladları X17, Cavabdeh2, Cavabdeh1, X25, X9, X18 və X19 arasında X10 miras qalmış Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 23-də yerləşən 0.415 ha torpaq sahəsi və üzərində olan 138.20 kvm fərdi yaşayış evi və 0.415 ha torpaq sahəsi 7 vərəsələr arasında bölünməlidir. Onun atası X25 vəfat etdiyi üçün və ona atasına görə vərəsəlik verildiyi üçün həmin miras qalmış, fərdi yaşayış və torpaq sahəsindən atasına düşən pay hissəsi ona verilməlidir. Əlavə olaraq arxiv sənədlərinə baxış keçirən zaman müəyyən edilmişdir ki, 3 nələr vərəsələrə düşən pay hissəsi miqdarındadır. Lakin cavabdehlər bundan istifadə edərək bütün mülkiyyəti öz adlarına çeviriblər. O, bir müharibə veteranı olaraq vərəsə kimi payı ola-ola öz ata-baba evindən pay ala bilmir, həmçinin orada yaşaya bilmir. Bu səbəbdəndə vərəsəlik şəhadətnaməsi, bağışlanma müqavilələri və çıxarışlar ləğv edilməlidir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iş üzrə izahatlarında göstərmişdir ki, iddiaçı oğludur. O, atası Bəhramın qanun üzrə vərəsəsidir. Cavabdehlərdən Cavabdeh1 qaynıdır, hazırda Almaniyada yaşayır, digər Cavabdeh2 isə baldızıdır. Qaynanası Səkinə və qaynatası Nüsrəddinin 7 övladı olmuşdur. O, 1981-ci ildə Bəhram ilə ailə qurmuş, lakin, sonradan Bəhram pis vərdişlərə qoşulduğundan, xasiyyətləri uyğun gəlmədidiyə görə ayrılmışlar. 1993-cü ildə rəsmi boşanmışlar. Onun Bəhramla mübahisəsi bunun üstündə olmuşdur. Onun istəyi oğlu Salavata atasından qalan miras əmlakdan pay verilməsidir. Oğlu Salavat 1989-cu ildə həmin mübahisəli olan qaynatasının evində yaşadıqları vaxt doğulmuşdur. O, Bəhramla ailə qurandan sonra həmin evdə yaşamışlar. O, boşandıqdan sonra məhkəmə qərarı ilə onun həmin evdə yaşamaq hüququ müəyyən edilmişdir. Lakin ev qanunsuz olaraq bölünmüşdür. Qaynanası Səkinə 1981-ci ildə, qaynatası Nüsrəddin isə 2013-cü ildə vəfat etmişdir. Övladları Bəhram 2012-ci ildə və Mədinə isə 2018-ci ildə vəfat etmişlər. Vərəsəlik işi 1992-ci ildə açılıb. Qaynanası Səkinədən miras qalmış evə Mədinə, Elmira və Kamal adlı övladlarının adları qeyd edilməklə qanun üzrə vərəsəlik şəhadətnaməsi alınmışdır. Digər vərəsələri, yəni övladları həmin şəhadətnamədə göstərilməmişdir. Kamal da vərəsəlik şəhadətnaməsi ilə ona miras qalmış evi bacısı Elmiraya bağışlamışdır. Həmin bağışlama müqaviləsinin ləğv edilməsini xahiş edir. Bölgü düzgün aparılmamış, saxta yollarla sənədlər hazırlanmışdır. Cavabdehlərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sonra Məhərrəm adlı qaynı ailə quraraq həmin evdə yaşamışlar. Qaynatası qaynanası Səkinə vəfat etdikdən sonra ailə quraraq, kəndə köçmüşdür. Məhərrəm ailə qurmuş və öz evi var, orada ailəsi ilə birgə yaşayır. Kamal ilə baldızı Rəhimə yola getməmişlər, ona görə də Elmira Rəhiməni öz evinə aparmış və birgə yaşamışlar. 1992-ci ildə 7 övladının heç birinin xəbəri olmadan qaynanası Səkinənin adında olan evin qaynatası Nüsrəddin Mustafayevin adına keçirmişdir. Qaynatası öz adına keçirdiyi evi bağışlama müqaviləsi ilə oğlu Kamalın adına keçirmişdir. 2019-cu ildə Kamal evi bacısı Elmiranın adına keçirmişdir. Həmin vaxtda da digər övladların xəbəri olmamışdır. Nüsrəddin, Rəhimə, Mədinə və Elmiranın adları qeyd olunsa da, lakin övladlarının heç birinin xəbəri olmamışdır.. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, atasının 7 övladı olmuşdur. O, sağ ikən hər bir övladına əlindən gələn köməyi etmiş və əmlaklarını övladları arasında bölmüşdür. Atası öz həyətində 2 otaqlı ev tikərək, öz ailəsi ilə birgə orada yaşaması üçün oğlu Bəhrama vermişdir. Atasının adına bir ev olmuşdur. Kiçik qardaşı Kamal xaricdə yaşayır. Kamal da Azərbaycanda yaşamadığına görə həmin evi bağışlama müqaviləsi ilə ona bağışlamışdır. Yəni gələcəkdə həmin evi Kamalın oğlunun adına rəsmiləşdirilməsi üçün ona etibar edərək vermişdir. Anası vəfat etdikdən sonra onlar atası ilə birgə yaşamışlar. Anasının mirasından xəbəri yoxdur. Onun yadına gəlir ki, onlar notariusda imza etmişlər. Həmin vaxt atası evi Kamalın adına keçirmək istəyirdi və onlar da öz paylarından qardaşları Kamalın xeyrinə imtina etmişlər. 1992-ci ildə atası evi onların razılığı ilə Kamala bağışlamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 izahatında göstərmişdir ki, onlar hamısı atasının evində yaşamışlar. O, 1988-ci ildə ailə qurub köçmüşdür. Qardaşı Məhərrəm ev tikib öz evinə köçmüşdür. 1981-ci ildə qardaşı Həqiqət xanımı qaçırmış, 1993-cü ildə də boşanmışlar. 1981-ci ildə də anası stresdən vəfat etmişdir. Həqiqət onların evə gəlin gəldikdən sonra ailələrində söz-söhbət və mübahisələr yaranmışdır. O, atasına miras payını istəmədiyini demişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 izahatında göstərmişdir ki, 1992-ci ildə açılan vərəsəlik işindən məlumatı olmuşdur. O, ailənin böyük övladı olmuşdur. Anasının sağlığında torpaq alıb ev tikmişdir. Anası vəfat etdikdən sonra o, öz evinə köçmüşdür. O, özünə düşən paydan imtina etmişdir. Onun öz evi var. Anası vəfat etdikdən sonra onlar hamısı həmin evdə yaşamışlar. Atası vəfat etdikdən sonra qardaşı Kamal həmin evdə yaşamışdır. Atası qardaşı Bəhrama anası vəfat etdikdən sonra həyətdə ev və torpaq sahəsi ayırıb vermişdir. Onlar yaşamaq üçün əvvəl Qazaxıstana getmişlər. Sonra isə yaşamaq üçün Xaçmaz şəhərinə qayıtmışlar. Sonradan xasiyyətləri uyğun gəlməmiş və ayrılmışlar. Qardaşı Bəhram pis vərdişlərə qoşulmuş və həbs edilmişdir. Elə bu dövrlərdə Bəhramın anasından qalan evdən məlumatı olmamışdır. Atası və qardaşı Bəhram vəfat edəndə iddiaçı tərəf yas mərasimlərinə belə gəlməmiş və iştirak etməmişlər. Salavat atasının evində yaşamışdır. Evi isə atası sağlığında kiçik qardaşına vermişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 izahatında göstərmişdir ki, onlar yeddi uşaq olmuşlar. Bir bacısı və bir qardaşı vəfat etmişlər. Qardaşı Kamal xaricdədir. O, öz payından 1992-ci ildə qardaşının xeyrinə imtina etmişdir. Bacı-qardaşının dedikləri ilə eyni fikirdədir. Məhkəmə tərəflərin izahatlarını dinəyərək, təqdim olunmuş sənədləri tədqiq edərək və işin hallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İŞ MATERİALLARİNDA OLAN VƏ MƏHKƏMƏ BAXİŞİNDA TƏDQİQ EDİLMİŞ: Evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X29 ilə X26 arasında 07 fevral 1953-cü il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. 13 noyabr 1953-cü il tarixli, 364 nömrəli torpaq qeydiyyatı sənədindən müəyyən edilir ki, 13 noyabr 1953-cü il tarixdə X24 dövlət tərəfindən Xaçmaz şəhəri, X46 küçəsi, ev 23 ünvanında yerləşən, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı müddətsiz torpaq sahəsi verilmişdir. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 10 aprel 2025-ci il tarixli, 05/Q-149/69 №-li arayışından müəyyən edilir ki, X20 və Nümayəndə barəsində Nikah haqqında 08 yanvar 1981-ci il tarixdə 05№-li akt qeydi tərtib olunmuşdur. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, X29 27 dekabr 1981-ci ildə vəfat etmişdir. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-də nümayəndəsinin 14 mart 1992-ci il tarixli, 845 №-li arayışından müəyyən edilir ki, X29 27 dekabr 1981-ci ildə vəfat etdikdən sonra, ondan miras qalan əmlakı və evi həyat yoldaşı X26, uşaqları X28, Cavabdeh2 və X17 idarə etmişlər. 16 mart 1992-ci il tarixli, 1M-55 nömrəli mülkiyyət şəhadətnaməsindən müəyyən edilir ki, X46 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 138.2 kv/m olan fərdi yaşayış evinin hüquqi sahibləri hər birinə 1/2 hissə olmaqla, X29 və X21r. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 1992-ci il tarixli, reyestrdə 1M-56 nömrə ilə qeyd edilmiş, 39 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci il tarixdə vəfat etmiş X16 qanun üzrə vərəsələri – əri X26, uşaqları Cavabdeh2, X17, X22r. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin 1/2 hissəsinə dair verilmişdir. 27 aprel 1992-ci il tarixli yaşayış Əmlakının 1/4 hissəsinin hədiyyə aktının surətindən müəyyyən edilir ki, X26, Cavabdeh2 və X17 hər biri öz miras paylarından 1/4 hissədə X15 bağışlamışlar. 06 may 1992-ci il tarixli, 1835 №-li Azərbaycan SSR Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən edilir ki, 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin hüquqi sahibi X22r. 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən müəyyən edilir ki, hədiyyə verən Cavabdeh1 X46 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 138.2 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məsus olan hissəsindən və X46 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 0.0415 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən hədiyə alan bacısı Cavabdeh2 mülkiyyətinə verir. 12 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-1031 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan fərdi yaşayış evinin hüquqi sahibi Cavabdeh2dır. AZ-İİ seriyalı 093326 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X25 10 dekabr 2012-ci ildə vəfat etmişdir. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, X26 23 avqust 2013-cü ildə vəfat etmişdir. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜLKİ MƏCƏLLƏSİNİN: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. - 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. - 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. - 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. - 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. - 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. - 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ VƏ GƏLDİYİ NƏTİCƏ: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. X11 miras qalmış əmlaklar, yəni miras kütləsi – Xaçmaz şəhəri, X46 küçəsi, ev 23 ünvanında yerləşən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan fərdi yaşayış evinin 1/2 hissəsindən ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı tərərflərin izahatları və iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, X29 ilə X26 arasında 07 fevral 1953-cü il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. Bundan sonra 13 noyabr 1953-cü il tarixdə X24 dövlət tərəfindən Xaçmaz şəhəri, X46 küçəsi, ev 23 ünvanında yerləşən, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. X29 ilə X12 birgə nikahından yeddi övladları olmuşdur. X29 27 dekabr 1981-ci ildə vəfat etdikdən sonra, ondan miras qalan əmlakı və evi həyat yoldaşı X26, uşaqları X28, Cavabdeh2 və X17 idarə etmiş və sonuncular onun qanun üzrə vərəsələri kimi tanınmışlar və miras paydan (xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan Xaçmaz şəhəri, X46 küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evindən) hər birinə 1/8 hissədə pay almışlar. Bu barədə Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 1992-ci il tarixli, reyestrdə 1M-56 nömrə ilə qeyd edilmiş şəhadətnamə tərtib olunmuşdur. Bundan sonra 27 aprel 1992-ci il tarixdə X26, Cavabdeh2 və X17 hər biri öz miras paylarından 1/4 hissədə X15 bağışlamışlar. Məhkəmə hesab edir ki, hazırkı məsələdə tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı hüquq münasibətlərinin baş verdiyi zaman qüvvədə olmuş Azərbaycan SSRİ Mülki Məcəlləsinin hüquq normalari tətbiq olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin baş verdiyi zaman (1992-ci il) qüvvədə olmuş Azərbaycan SSRi Mülki Məcəlləsinin 72-ci maddəsində göstərilir ki, müddət, hər hansı hərəkəti etmək üçün təyin edilmişdirsə, bu hərəkətlər müddətin axırıncı günündə saat iyirmi dördə qədər edilə bilər. Lakin bu hərəkət təşkilatda edilməli olduqda, müddət həmin təşkilatda müəyyən edilmiş qayda üzrə müvafiq əməliyyatlar qurtaran saatda qurtarır. Müddətin axırıncı günündə saat iyirmi dördə qədər poşt və teleqrafa təqdim edilən bütün lazımı ərizə və bildirişlər vaxtında verilmiş sayılır. Həmin Məcəllənin 73-cü maddəsində göstərilir ki, hüququ pozulmuş şəxsin iddiası üzrə, onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və sair kooperativ və ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Həmin Məcəllənin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakın faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsələyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vəyəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə hesab edir ki, İddiaçı atası X25 isə miras açıldıqdan sonra analarından qalan mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkətləri etməmişdir. Sonuncu (vərəsə) mirası o vaxt qəbul edilmiş sayılardı ki, miras əmlakı faktiki olaraq idarə etməyə başlasın və ya notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etsin. Belə ki, X25 08 yanvar 1981-ci il tarixdə ailə qurduqdan sonra mübahisəli evdə yaşasa da, bir müddət sonra həmin evdən köçmüşdür. Anasının vəfat etdiyi gündən, yəni miras açıldıqdan sonra isə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etməmişdir. Bundan əlavə İddiaçı atası X25 mirası qəbul etməməklə yanaşı, məhkəmə qaydasında mübahisələndirilməsi üçün nəzərdə tutulmuş şikayət müddətini də ötürmüşdür. Belə ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 1992-ci il tarixli, reyestrdə 1M-56 nömrə ilə qeyd edilmiş şəhadətnamə tərtib olunan vaxt notariat ofisi Azərbaycan SSRİ Mülki Məcəlləsinin maddələrini rəhbər tutaraq tərtib etmişdir. Həmin dövrün qanunvericiliyində şikayət müddəti üç il ərzində irəli sürülməsi nəzərdə tutulmuşdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsi isə 16 mart 1992-ci i tarixdə tərtib olunmuş və İddiaçı atası X25 bu tarixdən sonra üç il müddətində bu hüququndan istifadə etməmişdir. Bu da onu göstərir ki, X25 iddia müddətini ötürmüşdür. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X25 isə 10 dekabr 2012-ci ildə vəfat etmişdir. Vəfat edənin oğlu - İddiaçı isə atası X13 çatmalı olan miras əmlakdan payı ötən illər ərzində tələb etməmiş, yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir (MM 1246, 1273-1ici maddə). Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki,iddia tələbi bu hissə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsindən görünür ki, bağışlama aşağıdakı hallarda etibarlıdır: - 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; Məhkəmə iddiaçının 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin və 12 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-1031 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə münasibətdə onu qeyd edir ki, məhkəmə iclasında sözügedən müqavilənin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə ki, X29 27 dekabr 1981-ci ildə vəfat etdikdən sonra, ondan miras qalan əmlakı (Xaçmaz şəhəri, X46 küçəsi, ev 23 ünvanında yerləşən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan fərdi yaşayış evinin 1/2 hissəsi) və evi həyat yoldaşı X26 və uşaqları X28, Cavabdeh2, X17 idarə etmiş və sonuncular onun qanun üzrə vərəsələri kimi tanınmışlar. Başqa sözlə desək, mirası faktiki olaraq mərhum Mustafayeva Səkin oğlu X23 birinci dərəcəli vərəslərindən 4 nəfər qəbul etmişlər. Bundan sonra 27 aprel 1992-ci il tarixdə X26, Cavabdeh2 və X17 hər biri öz miras paylarından 1/4 hissədə X15 bağışlamış və X14 adına 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin hüquqi sahibi olması barədə 06 may 1992-ci il tarixli, 1835 №-li Azərbaycan SSR Qeydiyyat Vəsiqəsi verilmişdir. Daha sonra 22 oktyabr 2019-cu il tarixdə Cavabdeh1dov küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 138.2 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən və X46 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 0.0415 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən bacısı Cavabdeh2 mülkiyyətinə vermişdir. Bundan sonra da X14 adına 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin hüquqi sahibi olması barədə12 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-1031 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan verilmişdir. Yuxarıda qeyd olunan işin hallarına əsasən məhkəmə sözügedən müqavilənin və çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsasın olmadığının qənaətinə gəlmişdir. Belə olan halda iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 26 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və işin hallarını araşıdraraq hesab edir, İddiaçı cavabdehlər Cavabdeh2 və X15 qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqavilələrinin və çıxarışların ləğvi tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh2 və X15 qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqavilələrinin və çıxarışların ləğvi tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №2(067)-270/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-270/2025
16.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver