Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2701/2025 01.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı Cavabdehnə qarşı “yoxlamanın nəticələrinə dair komissiyanın qərarının ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə iclasından kənar ayrıca icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i İddiaçı Cavabdehnə qarşı “yoxlamanın nəticələrinə dair komissiyanın qərarının ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Siyəzən rayon məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2024-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 560,16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən rayon məhkəməsinin 15 iyul 2025-ci il tarixli 2(059)-540/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “yoxlamanın nəticələrinə dair komissiyanın qərarının ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, İddiaçı evi ünvan 1 ünvanında yerləşsə də, iddiaçı Siyəzən şəhəri ünvan 2zərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarına əlavə edilmiş iddiaçının AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən isə görünür ki, iddiaçı Siyəzən şəhəri, Babək küçəsi ev 42 ünvanında qeydiyyatdadır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı Siyəzən şəhərində qeydiyyatda olduğundan, onun yaşayış yeri Siyəzən şəhəri hesab olunur. Mülki Prosessual Məcəlləsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddiaçı istehlakçının hüququnun müdafiəsi haqqında iddia ərizəsini Siyəzən rayon məhkəməsinə ünvanladığından, iddia ərizəsinə məhz həmin rayonunun məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə aidiyyətinə (məhkəmə və ərazi aidiyyətinə) dair Siyəzən rayon məhkəməsi ilə Xaçmaz rayon məhkəməsi arasında fərqli hüquq mövqeləri olduğundan mülki işin hansı məhkəmədə baxılmalı olması apellyasiya məhkəməsində müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı İddiaçı Cavabdehnə qarşı “yoxlamanın nəticələrinə dair komissiyanın qərarının ləğv edilməsi və hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş aidiyyat məsələsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilsin. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2701/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2701/2025
01.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver