Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2706/2022 24.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə o, Yalama bələdiyyəsinin nümayəndəsi X1 və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Adgözəl Tağıyevin iştirakı ilə tərtib edilmiş, 56 sayla qeydə alınmış torpaqların alqı-satqısına dair aktın ona, yəni Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Yalama bələdiyyəsinin 7 dekabr 2002-ci il tarixli, 19 saylı qərarı ilə ona Yalama bələdiyyəsinin ehtiyat fondundan yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında xx.xx.2003-cü il tarixdə o, Yalama Bələdiyyəsi və DT və XK Xaçmaz rayon şöbəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və həmin akt xx.xx.2003cü il tarixli, 56 sayla qeydə alınmışdır. 2019-cu ildə o, bələdiyyədən satın aldığı 0.08 ha torpaq sahəsində yaşayış evi inşa edərək orada ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə bütün lazımı sənədləri əlavə etməklə ərizə ilə mülkiyyət sənədi almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin 5 saylı Xaçmaz Ərzai İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla sənədlərin ekspertizası zamanı Yalama bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 19 saylı qərarında və xx.xx.2003-cü il tarixli, 56 saylı torpaqlaın alqı-satqısına dair aktda ata adı “Mirzəmət” olduğu halda həmin aktda “Mirəhməd” kimi yazılmışdır. Ona görə də ata adında yaranmış uyğunsuzluğun aradan qaldırılmasının və düzəlişlərin həyata keçirilməsinin reyestr xidmətinin səlahiyyətlərinə aid olmadığı bildirilməklə müraciətinin həlli mümkün olmamış və ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi rəsmi qaydada tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Qeyd edir ki, torpaqların alqı-satqısına dair aktda ata adının səhv yazılması barədə Xaçmaz rayon Yalama İƏD nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində yazılanlara uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2002-ci il tarixli, 19 saylı Xaçmaz rayon Yalama Bələdiyyəsinin qərarından müəyyən olunur ki, Xaçmaz rayon Zeyxur kənd sakini Ərizəçi Mirzəhməd oğluna şəxsi yaşayış evinin tikintisi üçün Zeyxur-oba kənd ərazisində 0.08 ha torpaq sahəsinin satılmasına icazə verilmişdir. İş materiallarında olan AA seriyalı ******* saylı yeni nəsil şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə Xaçmaz rayonunun, Zeyxur-oba kəndində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2003-cü il tarixli torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, Ərizəçi Mirzəhməd oğlu ilə Xaçmaz rayon Yalama Bələdiyyəsinin nümayəndəsi Vaqif Sərdarov arasında Yalama bələdiyyəsi ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, akt DT və XK Xaçmaz rayon şöbəsində xx.xx.2003-cu il tarixli, 56 saylı qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, həqiqətən də torpaq ların alqı-satqısına dair xx.xx.2003-cü il tarixli aktda göstərilmiş, Ərizəçi Mirzəhməd oğlu sözləri səhv yazılmış, həmin sözlər Ərizəçi kimi oxunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2003-cü il tarixdə Ərizəçi Mirəhməd oğlu, Yalama bələdiyyəsinin nümayəndəsi X1 və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Adgözəl Tağıyevin iştirakı ilə tərtib edilmiş, 56 sayla qeydə alınmış torpaqların alqı-satqısına dair aktın, Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə Ərizəçi Mirəhməd oğlu, Yalama bələdiyyəsinin nümayəndəsi X1 və DT və XK-nin Xaçmaz rayon şöbəsinin müdiri Adgözəl Tağıyevin iştirakı ilə tərtib edilmiş, 56 sayla qeydə alınmış torpaqların alqı-satqısına dair aktın, Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2706/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2706/2022
24.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver