Məhkəmə qərarları › İş №2(067)-2711/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2711/2021

29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2711/2021 29.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz rayon Tİ və MHQ idarəsi tərəfindən reyestr kitabında aparılmış qeyd və 1992-ci il tarixdə 1372 inventar saylı, 2520 reyestr nömrəli evə dair texniki pasportun mərhum atası 03.04.1978-ci il tarixdə vəfat etmiş X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Onun atası X3 03.04.1978-ci il tarixdə, anası X4 isə 26.06.2002-ci il tarixdə vəfat etmişlər. Valideynlərinin vəfatından sonra onların birinci dərəcəli vərəsəsi o, olduğundan onlardan qalan əmlaklar onun ona keçmişdir. Xaçmaz şəhəri, keçmiş Ə. Bayramov, indiki 28 may küçəsi, dalan 1, ev 4 atasından qalan əmlakdır. Yaşayış evinə dair 17.09.1957-ci il tarixli, 619 saylı torpaq qeydi və 1992-ci il tarixdə 1372 inventar saylı, 2520 reystr saylı evə dair texniki pasport işlənmişdir. Hazırda yaşayış evini vərəsəlik qaydasında adlarına rəsmiləşdirmək qərarına gəlmişlər. Bu məqsədlə sənədlərini 1saylı notariat ofisinə və 5 saylı Ərazi İdarəsinə təqdim edərkən, 2520 saylı reyestr kitabı və 1992-ci il tarixdə 1372 inventar saylı, 2520 reystr saylı evə dair texniki pasportda mərhum atası X1 adı “ İmammirzə” olduğu halda, səhvən “İmamrza” kimi qeyd olunduğundan sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Bu səbəbdən 1 saylı Notariat Ofisi və 5 saylı Ərazi İdarəsi tərəfindən imtina verilmiş, ona tövsiyyə olunmuşdur ki, mərhum atasına verilmiş sənəddə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təsdiq edildkdən sonra o, yeni sənəd ala bilər. Ona görə də ərizəçi qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsində göstərilən halları təsdiq etməklə ərizəsini müdafiə etmiş və iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq düzəlişin edilməsi ilə bağlı pretenziya qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmədiyini, həmin quruma sənədlərin ona təqdim edilməsi ilə bağlı müraciət etdiyini, ərizəsi ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını qeyd etmişdir. Məhkəmə ərizəçinın izahatından və işdə olan sənədlərdən müəyyən etmişdir ki, ərizəçi cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün müvafiq aydaya riayət etməmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə mübahisənin həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etmək, həmçinin, həmin qurumun hərəkətlərindən aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə mübahisənin həlli üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etmək, həmçinin, həmin qurumun hərəkətlərindən aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar