Məhkəmə qərarları › İş №2(067)-2713/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2713/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2713/2021 28.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyət hüququna dair JN- 396 seriyalı, 30225018 kodlu dövlət aktının mərhum anası 29.02.2008-ci il tarixdə vəfat etmiş X7 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cü il tarixdə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuşdur. Onun soyadı Tarıverdiyeva olmuşdur, lakin 04.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olduğundan ər soyadı olan İmanov soyadını qəbul etmişdir. Rayonlarda aparılan Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən mərhum anası X6 mülkiyyətinə Xaçmaz rayonunun Yalama kəndi ərazisindən 0,22 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mərhum anasının adına torpağa mülkiyyət hüququna dair JN-396 seriyalı, 30225018 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Lakin həmin dövlət aktında mərhum anası 29.02.2008-ci il tarixdə vəfat etmiş X2 “Tarıverdiyeva” olduğu halda “Tarverdiyeva” adı' “Patimat” olduğu halda səhvən “Fatimat”, ata adının isə “Sultanməhəmməd” olduğu halda səhvən “Abdulla” kimi yazılmışdır. Həmin vaxt hüquqi savadsızlıqdan bunun gələcəkdə h ansı hüquqi nəticələrə səbə ola biləcəyinə əhəmiyyət verməmişdir. Yaxın vaxtlarda yeni mülkiyyət sənədini almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin torpağa mülkiyyət hüququna dair JN- 396 seriyalı, 30225018 kodlu dövlət aktında mərhum anası X2, adı və ata adı səhv yazıldığından müraciətinin həlli mümkün olmamış, reyestr xidməti tərəfindən ona uyğunsuzluğun aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə ona imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yaranmış uyğunsuzluğu diğər qaydada aradan qaldırmaq mümkün deyildir. Ona ğörə də sənədin şəxsə məxsus olması faktının müyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edir ki, mərhum anası X1, adının və ata adının səhv yazılması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Yalama İƏD nümayəndəsi də müafıq arayış vermişdir. Ona görə də sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-396 seriyalı, 30225018 kodlu Dövlət aktının surətindən müəyyən olunur ki, Aqrar islahatlar zamanı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən mərhum anası X6 mülkiyyətinə Xaçmaz rayonunun Yalama kəndi ərazisindən 0,22 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 25.12..2020-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN- 396 seriyalı, 30225018 kodlu kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 fevral 2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Tariverdiyev Əlisultan Balasultan oğlu ilə Tariverdiyeva Patimat Sultanməhəmməd qızı ilə 04.09.1959-cu ildə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Ərizəçi 04.01.2005-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 anası X8r. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısının Yalama İƏD nümayəndəsinin 18.03.2021-ci il tariuxli arayışından görünür ki, X4 Patimat Sultanməhəmməd qızı kimi oxunmalıdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN- 396 seriyalı, 30225018 kodlu kodlu Dövlət X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar