Məhkəmə qərarları › İş №2(067)-2714/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2714/2021

29.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2714/2021 29.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilıə, İddiaçılar İddiaçı1 nümayəndəsi X2 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, X1 miras qalmış 29 iyul 2013-cü il tarixli AN -1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi və 29 iyul 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi yanaşı olduğundan onlara verilməsi, RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinin isə cavabdehə verilməsi, bu müklin olmadıqda isə hər üç miras əmlakdan onların 2/3 hissədə paylarının naturada ayrılaraq özlərinə verilməsi, qalan 1/3 hissənin isə cavabdehə verilməsi, yaxud da miras əmlakların bütövlükdə onlara verilməsi və cavabdehin payının tərəflərindən müvafiq kompensasiya ilə əvəzləşdirilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayon Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli 2(067)- 2974/2018 saylı qətnaməsi ilə X1 miras qalmış RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsinin, 29 iyul 2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinin və 29 iyul 2013-cıi il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsinin onun ölümündən sonra onlar və Cavabdeh tərəfindən vərəslik qaydasında qəbul edilməsi faktı müəyyən edilmiş, X4 adına DƏDRX-də qeydə alınmış RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsindən, 29 iyul 2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsindən və 29 iyul 2013-cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsindən 1/3 hissəyə cavadeh Cavabdeh 1/3 hissəyə iddiaçılardan İddiaçı1 və 1/3 hissəyə iddiaçılardan İddiaçı2 vərəsəlik üzrə payları müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2( 105)-1382/2019 saylı qətnaməsi ilə Cavabdeh Apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəmsinin 29.11.2018-ci il tarixli, 2(067)- 2974/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30.07.2019-cu il tarixli 2(102)-5252/2109 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli 2(105)- 1382/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Miras əmlakı cavabdehlə qarşılıqlı razılıq əsasında bölüşdürə bilmirlər. Cavabdeh mirasın bölüşdürülməsində payının daha çox olduğunu iddia edərək təkliflərinə məhəl qoymur, bu səbəbdən də iddiaçılar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. İddiaçılar nənə-nəvə olaraq istəyirlər ki, X1 miras qalmış 29 iyul 2013-cü il tarixli AN -1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi və 29 iyul 2013cü il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0,04 ha torpaq sahəsi yanaşı olduğundan onlara, RX seriyalı ******* saylı çıxarışa əsasən Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,04 ha torpaq sahəsi isə cavabdehə verilsin. Bu miikün olmadıqda isə hər üç miras əmlakdan bizim 2/3 hissədə payımız naturada ayrılaraq özümüzə verilsin, qalan 1/3 hissə isə cavabdehə verilsin, yaxudda miras əmlak bütövlükdə onlara verilsin və onlar da cavabdehin payını müvafiq kompensasiya ilə əvəzləşdirsinlər. Qeyd olunanlara əsasən iddiaçılar məhkəməyə müraciət etmiş, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iş üzrə İddiaçı2 iddianı müdafiə edərək, idda ərizəsində göstərilənlərə uyğun izahat vermiş, özünün Ağstafa rayonu, Köçəsgər ərazi dairəsi, Köçəsgər kəndidə qeydiyyatda olmaqla, həmin kənddə yaşadığını, lakin iddia ərizəsində ünvanının düzgün qeyd edilmədiyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınaraq, başqa vaxta təyin edilməsinə dair teleqram göndərmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib, işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia baxılmamış saxlanmalıdır. Belə ki, İddiaçı2 məhkəmə iclasında iddia ərizəsində öz ünvanının düzgün göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın bölüşdürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar