Məhkəmə qərarları › İş №2(067)-2718/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2718/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2718/2021 22.12.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qeydiyyat kitabında 264 nömrə ilə qeydiyyata alınmış Torpağa mülkiyyət hüququna dair JN-280 saylı, 30219078 kodlu Dövlət Aktının digər mülkiyyətçi oğlu X4 ilə bərabər ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahatı Komissiyasının 27 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə o, Ərizəçi olmaqla onun və oğlu X1 xüsusi mülkiyyətinə Xaçmaz rayonu, Müzəffər-oba kəndi ərazisindən 0.25 ha pay torpaq sahəsi verilmişdir. Hüquqları “Torpağa mülkiyyət hüququna dair” JN-280 saylı 30219078 kodlu Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X12 soyadı “Qurbanova” əvəzinə səhvən “Ramazanova” kimi yazılmışdır. Həmin vaxt bunun hansı hüququ nəticələrə səbəb olacağına əhəmiyyət verməmişlər. Torpaq qonşusu Qəmər Ramazanova olduğundan çox güman ki, səhvən Dövlət aktında onun soyadı göstərilmişdir. Hazırda Dövlət reyestrindən çıxarış almaq istəyir, lakin soyadının yazılışında səhvə yol verildiyinə görə çətinlik yaranmışdır. DƏDRXnm 5 saylı Xaçmaz Orazi İdarəsinin 06.09.2021-ci il tarixli **********20 saylı məktubu ilə ona bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-280 saylı, 30219078 kodlu Dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X6 və X1 adına paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Müzəffər-oba kəndi ərazisindən cəmi 0.25 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 06.09.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-280 saylı 30219078 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarına əlavə edilmiş AZE №0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı və atasının adı Ərizəçidır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi Tavat xalanın qohumudur. Tavat xalanın soyadı Qurbanovadır. Ramazanova soyadı səhv yazılmışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, ərizəçi Tavat xala ilə qonşuluqda yaşayır, onu uşaqlığından tanıyır. Tavat xalanın torpaq sahəsi var, hal-hazırda da istifadəsindədir. İşdə olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsinin 20.12.2021-ci il tarixli 2449 saylı arayışından görünür ki, Ərizəçi Xaçmaz rayonu Müzəffər-oba kəndində yaşayır və Torpağa mülkiyyət hüququna dair JN 280 kod 30219078 saylı Dövlət Aktında səhvən X2 qeyd edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-280 saylı, 30219078 kodlu Dövlət Aktının digər mülkiyyətçi oğlu X4 ilə bərabər Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar