Məhkəmə qərarları › İş №2(067)-2719/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2719/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2719/2021 05.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi2 nümayəndəsi X3 iştirakı ilə Ərizəçi2 və qeyrisinin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 05 noyabr 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək X4, X1, X10, X7 və X8 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamənin digər ailə üzvləri ilə birlikdə onlara - Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarına əsasən mülkiyyətlərinə 0,12 ha torpaq sahəsi verilmişdir. Lakin həmin şəhadətnamədə adlarında və soyadlarında yanlışlıq vardır. Yeni mülkiyyət sənədi almaq üçün müraciət etdikdə şəhadətnamədə səhv olduğundan müraciətinin həlli mümkün olmamışdır. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Ərizəçi1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iсlasına gəlməmişdir. Lakin Ərizəçi1 digər ərizəçinin ailə üzvü olduğundan və onlar birgə mülkiyyətlərinə aid şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılmasını xahiş etdiklərindən məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən X4, X1, X10, X6 və X9 mülkiyyətinə 0,12 hektar torpaq sahəsi verilmişdir. İş materiallarından müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1976-cı ildə, Ərizəçi2 16.12.1985-ci ildə anadan olmuşdur. İş materiallarında olan Xaçmaz RHİB-nın Müşkür İƏD üzrə nümayəndəsinin 09.09.2021-ci il tarixli 1997 nömrəli arayışından müəyyən olunur ki, X7 adı torpağın mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamədə səhvən X2 qeyd edilib. İş materiallarında olan Xaçmaz RHİB-nın Müşkür İƏD üzrə nümayəndəsinin 09.09.2021-ci il tarixli 1996 nömrəli arayışından müəyyən olunur ki, Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamədə səhvən X5 qeyd edilib. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Ərizəçi2 və Ərizəçi1 torpağın mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamədə adları qeyd olunmuş hüquq sahibləri ilə qohumdurlar. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 16.09.2021-ci il tarixli məktubundan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə Ərizəçi1 adında və Ərizəçi2 adında və ata adında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,12 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 165F saylı 30219018 kodlu şəhadətnamənin «şəhadətnamədə adları qeyd olunan digər hüquq sahibləri ilə birlikdə» Ərizəçi2 və Babayeva (Nemətova) Humay Beykəs qızına da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar