Məhkəmə qərarları › İş №2(067)-2732/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2732/2021

03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2732/2021 03.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Ərizəçi4 Böyükağa oğlunun iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək X5, X1, X2 və X3 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-397A seriyalı, 30211028 kodlu şəhadətnamənin onlara- ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 saylı qərarna əsasən ərizəçilərə, yəni onlara Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Böyükağa oğlunun paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisindən cəmi 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin həyətyanı torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-397A seriyalı, 30211028 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin həmin şəhadətnamədə onların soyadları Əlişanov, Əlişanova olduğu halda səhvən “Alışanov”, digər paylı mülkiyyətçi olaraq o, Ərizəçi4 soyadı səhvən “Alışanova”, adı səhvən “Nabat”, ata adı hissəsində “Böyügağa oğlu” yazılmalı otduğu halda səhvən “Böyükağa qızı” kimi yazılmışdır. Həmin vaxt bunun gələcəkdə hansı hüquqi nəticələrə səbəb ola biləcəyinə əhəmiyyət verməmişlər. Onlar hazırda həmin həyətyanı torpaq sahəsinə yeni mülkiyyət sənədi almaq məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişlər. Lakin təqdim etdiyləri sənədlər nəzərdən keçirilərkən torpağın mülkiyyətə verilməsinə dair JN-397A seriyalı, 30211028 kodlu şəhadətnamə yuxarıdan qeyd olunan ad və soyad uyğunsuzluğunun olduğu müəyyən edilmiş, reyestr xidməti tərəfindən şəhadətnamədə getmiş ad və soyad uyğunsuzluğunun aradan qaldırmaq və düzəlişlər- həyata keçirilməsinin onların səlahiyyətlərinə aid olmadığı cavabı verilməklə onlara həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı məhkəməyə müraciə etmələri tövsiyyə olunmuşdur. Bu barədə onlara imtina məktubu vermişlər. Həmin mülkiyyət sənədini verən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin fəaliyyətinə xitam verildiyindən yeni sənədin verilməsi də məhkəmə qətnaməsi olmadan mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər ərizəçilər və maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçilər onun qohumlarıdır. Ərizəçi1 onun qardaşıdır, ərizəçilər isə qardaşının ailə üzvləridir. Qardaşı Böyükağa hal-hazırda həbsdədir. Onların soyadları Alışanovdur. Əlavə olaraq bildirmişdir ki, qardaşı Böyükağanın ailəsində Alışanova Nabat adında qızı yoxdur. Sənəddə bununla bağlı səhv qeyd olunub. Qardaşı qızının adı Mehribandır. İş materiallarında olan AZE №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Xaçmaz rayonu Cığatay kəndində doğulmuşdur. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1954-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1983-cü ildə Xaçmaz rayonu Qaraqurtlu kəndində doğulmuşdur. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-397A seriyalı, 30211028 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 saylı qərarına əsasən X5, X1, X2 və X3 adına paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisindən cəmi 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin 09.08.2021-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN-397A seriyalı, 30211028 kodlu Torpağın mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərin ad və soy adlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-397A seriyalı, 30211028 kodlu şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar