Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2749/2022 26.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DT və XK-nın Xaçmaz rayon Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən 22 iyul 1999-cu il tarixdə X5, X6 və X1 adına verilmiş JN-135, kod 30225038 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının digər mülkiyyətçi ilə bərabər ona, yəni Ərizəçi və mərhum əri X2 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-135, kod 30225038 saylı dövlət aktında ərinin ata adı və özünün ata adı səhv yazılmışdır. Onun əri X3 xx.xx.2017-ci ildə vəfat etmişdir. Ərinin ata adı səhvən “Şahnəzər” əvəzinə “Şahnaz” yazılmışdır. Onun özünün ata adı isə səhvən “Əlisultan” əvəzinə “Hacımirzə” yazılmışdır. Xahiş edir ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan JN:1053A seriyalı, 30213018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 22 iyul 1999-cu il tarixli qərarına əsasən X5, X6 və X1 mülkiyyətinə Xaçmaz rayonu Orta-oba kənd ərazisində 0.65 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-135, kod 30225038 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon Yalama İƏD-nin xx.xx.2022-ci il tarixli 425 nömrəli arayışından müəyyən olunur ki, X5, X6 və X1 adına Xaçmaz rayon Aqrar İslahat komissiyasının 26 dekabr 1998-ci il tarixli 14 saylı qərarına əsasən verilmiş 0.65 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə Şahnaz və Hacımırzə sözləri texniki xəta kimi qəbul edilmişdir. Həmin sənəddə həmin sözlər Şahnəzər və Əlisultan kimi oxunmalıdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə Ərizəçi xx.xx.1973-cü il tarixdə ailə qurmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 16 may 1948-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, 0.65 hektar torpaq sahəsinə dair torpağa mülkiyyətə verilməsinə dair 1053A seriyalı, 30225038 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ərizəçiyə də məxsus olması faktı sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin digər ailə üzvləri ilə birgə onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPMnin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilsin. 0.65 hektar torpaq sahəsinə mülkiyyətə verilməsinə dair JN-135 nömrəli 30225038 kodlu şəhadətnamənin digər hüquq sahibi ilə birlikdə Ərizəçi və X2 da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2749/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2749/2022
26.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver