Məhkəmə qərarları › İş №2(067)-2759/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2759/2021

03.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2759/2021 03.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı Hacırza qızının iştirakı ilə, İddiaçı Hacırza qızının Cavabdehnə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Hacırza qızı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh “Azəriqaz İstehsalat birliyinin” ona məxsus ünvan 1 ünvanda yerləşən evə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* -AKT, 30 iyun 2021 -ci il tarixli “dəymiş ziyanın bəpasına dair tələbnamə” sənədin ləğv edilməsi, həmin sənədlər əsasında ona hesablanmış 216 manat dəymiş ziyanın bərpasına dair cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2021-ci il iyun ayının 9-da Xaçmaz RQİİnin işçiləri yaşadığı ünvana gələrək sayğaca baxış keçirmişlər. Yaşadığı ünvan 1 yerləşən evində quraşdırılmış ******* nömrəli qaz sayğacı dəyişdirilərək **********9 nömrəli yeni sayğac qoyulmuşdur. 09.06.2021-ci il tarixdə, sayğac dəyişdirilərib yenisilə əvəz olunarkən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* №-li AKT yazılmışdır. 30 iyun 2021-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li AKT-da ARDNS-nin Cavabdeh İB-nin Qaz sayğaclarının yoxlanılması harada AKT № MSK 29/1710 02682 01 saylı rəyinə əsasən G-4 tipli ******* nömrəli sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var. Dəymiş ziyan hesablansın və abonent dəymiş ziyanı ödəməlidir. 30 iyun 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədə” hesablama sənədində göstərilir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. İtirilmiş qazın bərpası ilə əlaqədar tərtib olunmuş sənəddə 2160 m3 qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır. “Abonentin saldosu” sənədin də təqdim edilmişdir ki, həmin sənədə əsasən 09.06.2021-ci il tarixə ona qalıq borc kimi 216 manat pul hesablanmışdır. Hesab edir ki, təqdim edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li AKT-da isə göstərilir ki, “Azəriqaz İB-nin qaz sayğacının yoxlanılması barədə Akt № MSK 29T710-02682-01 saylı rəyinə əsasən ******* №-li “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarından əzik-cızıq izləri var” rəyi barədə laboratoriyanın cavabı tamamilə əsassızdır. Odur ki, qanunsuz və əsassız yazılmış aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış cərimənin silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də qanunsuz və əsassız yazılmış akta görə hesablanmış cəriməni vermək iqtidarında deyil. Məhkəmə iclasında çıxış edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, sayğac küçədə yerləşdiyindən onun saxlanması üçün məsuliyyət daşımır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı Aktdan, “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” və abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh İB tərəfindən cərimə borcu abonent X1 adına tərtib olunub. Məhkəməyə isə iddiaçı qismində İddiaçı müraciət etmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar