Məhkəmə qərarları › İş №2(067)-277/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-277/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-277/2023 05.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X5, adına səhfən qeydə alınıb, JN- 526 saylı, 30219088 kodlu dövlət aktında o, Ərizəçi, ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun adı İlqardır, ata adı Şahqələmdir, soyadı isə Rəcəbəliyevdir. Xaçmaz rayonunda Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ərazisindən 0,64 ha pay torpaq sahəsi verilmişdir. Verilmiş pay torpaq sahəsinə dair JN-526 saylı 30219088 kodlu dövlət aktı işlənilmişdir.Eyni zamanda Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə yaşadığı Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndi ərazisindən 0,64 ha pay torpaq sahəsi verilmişdir. Verilmiş pay torpaq sahəsinə dair həmin JN-526 saylı, 30219088 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktıda işlənilmişdir. Hal-hazırda pay torpaq sahəsini satmaq qərarına qəlmişdir Bu məqsədlə də sənədləri Xaçmaz rayon natariusuna təqdim edərkən dövlət aktında soyadı “Rəcəbəliyev” əvəzinə səhvən “Sultanov” kimi göstərilmişdir. Sənədlərdə uyğunsuzluqa səbəb olmuşdır. Bu səbəbdən natarius tərəfindən ona tövsiyyə edildi ki, bizə verilmiş sənədlərdə olan uyğunsuzluğun aradan qaldırılması məhkəmə qaydasında təstiq cedildikdə sənədlərində olan uyğunsuzluq aradan qalxar və yeni sənəd ala bilər. Hazırda sənədi bizə verən Xaçmaz rayon Torpaq Şöbəsinin fəaliyyətinə xitam verildiyindən o, baş verimiş uyğunsuzluğu digər qaydada aradan qaldıra bilmir. Xahiş edir ərizəsi təmin edilsin. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizəyə uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə rədd olunmalıdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna JN-526 saylı 30219088 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən X1, X2 və X5 mülkiyyətlərinə Xaçmaz rayonu Köhnə-Xaçmaz kənd ərazisində 0.64 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi qeyd olunan torpaq sahəsi 3(üç) şəxsin mülkiyyətinə verilib. Lakin ərizəçi həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi yalnız özünə (yəni ərizəçiyə) məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan DƏDRX-nin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, torpağa mülkiyyət hüququna dair JN-526 saylı 30219088 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblinin ad və soyadında yaranmış uyğunsuzluğun aradan qaldırmaq və düzəlişin həyata keçirilməsi DƏDRX-nin 5 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i Ərizə təmin edilməsin. !ətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar