Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-280/2025 23.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış pulun silinməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASCnin xx.xx.2025-ci il tarixli 017415 saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında onun üzərinə qoyulmuş 932.82 manat pul borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş İddiaçı və cavabdeh Azərişıq» Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməyərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədiklərinədən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış pulun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna biləcəyi izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-280/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-280/2025
23.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver