Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2825/2025 04.03.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.
1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Xaçmaz rayonu, Pirquluoba kəndində doğulmuş doğma bacısı xx.xx.1968-ci il təvəllüdlü X7 və həmin kənddə doğulmuş doğma qardaşı xx.xx.1975-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, doğma bacısı xx.xx.1968-ci il təvəllüdlü X13 və doğma qardaşı xx.xx.1975-ci il təvəllüdlü X14 anadan gəlmə xəstədirlər. Onların hər ikisi məktəbə gedə bilməmiş, təhsil almamışlar. Hər ikisi ciddi surətdə əqli geriliyə və ağıl zəifliyinə görə faktiki olaraq hərəkət qabiliyyətləri də yoxdur. X2 X26 Komissiyasının 02 mart 1987-ci il tarixli, Ser. BTE-7 № 069276 saylı rəsmi arayışına əsasən ikinci qrup əlildir, əlillik ona müddətsiz verilmişdir və arayışda göstərilir ki, əmək qabiliyyətsizdir. X1 X26 Komissiyasının 23 oktyabr 1991-ci il tarixli, Ser. BTE-2 № 004340 saylı rəsmi arayışına əsasən birinci qrup əlildir, əlillik ona müddətsiz verilmişdir və arayışda göstərilir ki, kənar şəxsin qulluğuna ehtiyacı vardır. Hər ikisi xəstə olduqlarına görə ailə qurmamışlar, onlara əvvəllər valideynləri baxmış, onların vəfatından sonra hal-hazıradək onlara özü baxır. Onların pensiya məsələlərinin həlli və birgə mülkiyyətdə olan pay torpaq sahəsinin istifadəsi ilə əlaqədar müvafiq sənədlərin hazırlanmasında iştirakları və imzaları lazım olsa da, öz hərəkətlərinə cavab verə bilmədiklərinə görə və savadsızlıqlarına görə həmin sənədlərin hazırlanmasında və imzalanmasında iştirak edə bilmirlər.
Məhkəmə prosesində verilən izahatlar:
3. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, bacısı və qardaşı fiziki qüsurludur, anadangəlmə xəstədir, onlara özü baxır. Onların üzərinə qəyyum təyin edilməyini istəyir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Mülki İş materialları.
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 (atası X16, anası X6) xx.xx.1968-ci il tarixdə Xaçmaz rayonunda doğulmuşdur.
6. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 (atası X15, anası X5) xx.xx.1975-ci il tarixdə Xaçmaz rayonunda doğulmuşdur.
7. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X16, anası X6) xx.xx.1972-ci il tarixdə Xaçmaz rayonunda doğulmuşdur.
8. X26 Komissiyasının 02 mart 1987-ci il tarixli, Ser. BTE-7 № 069276 saylı arayışından görünür ki, X13 ikinci qrup əlildir, əlillik ona müddətsiz verilmişdir və arayışda göstərilir ki, əmək qabiliyyətsizdir.
9. X26 Komissiyasının 23 oktyabr 1991-ci il tarixli, Ser. BTE-2 № 004340 saylı arayışından görünür ki, X14 birinci qrup əlildir, əlillik ona müddətsiz verilmişdir və arayışda göstərilir ki, kənar şəxsin qulluğuna ehtiyacı vardır.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4121 nömrəli ekspert rəyindən görünür ki, X9 orta dərəcəli əqli gerilik aşkar olunur. X13 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X13 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4122 nömrəli ekspert rəyindən görünür ki, X10 orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X14 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X14 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər.
İşin faktiki halları.
12. xx.xx.1968-ci il təvəllüdlü X13 ərizəçinin bacısı, xx.xx.1975-ci il təvəllüdlü X14 qardaşıdır. Ərizəçi X2nın və X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı əvvəlcə ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmiş, lakin müraciəti müsbət nəticələnmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
13. Şəxsin tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilib-edilməməsi məsələsinin həlli baxımından psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəylər məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəylərindən görünür ki, X9 və X10 orta dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən edilir.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 – 217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.3. Məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında xüsusi icraat qaydasında baxır. Maddə 317.2 – 317.3. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.1 - 321.2. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
16. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X7 və X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onların qardaşlarının anasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1968-ci il təvəllüdlü X13 və xx.xx.1975-ci il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
18. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1968-ci il təvəllüdlü X13 və xx.xx.1975-ci il təvəllüdlü X14 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Hazırki qətnamə X7 və X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nərmin Ağazadə