Məhkəmə qərarları › İş №2(067)-2873/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2873/2025

15.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2873/2025 15.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərkən müəyyən etdi ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şəxslər hər hansı sənədin onlara təqdim edilməsi ilə bağlı müraciətlərini həmin sənədin verildiyi (hazırlandığı) müvafiq quruma bildirə bilərlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar