Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2910/2025 09.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Ağazadə Nərmin Calal qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cаvаbdeh Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı “əsassız hesablanmış pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq, məhkəmədən cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2025-ci il tarixli ******* nömrəli aktın əsasında yazılmış 738.72 manat pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, kommunal xərclər onun adına gəlir. Sayğacın guya ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu və nəticədə təbii qaz itkisi yarandığı barədə Cavabdeh İB-in əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli akt yazaraq onu cəmi 738.72 manat cərimə ediblər və əlavə olaraq hər hansı bir qaz xəttinə qoşulma olmamışdır. Bunu qaz idarəsinin nəzarətçiləri də bilir. Onun əlavə qaz xəttinə qoşulmağı barədə dəfələrlə “Azəriqaz'" İB-nə müraciət etmiş, hər dəfə bir bəhanə gətirərək yayınmışlar. Ona haqsız yerə qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta küçənin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. Hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. xx.xx.2025-ci il tarixli ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəlmişdir ki onun "Azərqaz" İB-və 738.72 manat borcu var. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində sayğaca heç nə qoşulmadığını və ya hər hansı əlavə xəttdən istifadə olunmadığını sübut edə bilər. Heç bir əlavə istifadə olunmayıb. Bu borcla bağlı Cavabdeh İB X10 İstismar İdarəsinə müraciət etsə də, hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi Cavabdeh İB-in əməkdaşları tərəfindən yazılan akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablanmışdır. Halbuki, o hər ay nəzarətçinin ona dediyi borcu vaxtı-vaxtında ödəmişdir, qəbzləri var. Bildirmək istəyir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin onun sayğacını açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb.
İddia tələbinə etiraz.
3. Cavabdehin nümayəndəsi tərəfindən iddia ərizəsinə etiraz daxil olmamışdır.
Məhkəmə prosesində verilmiş izahatlar:
4. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək göstərmişdir ki, qətnamə qəbul edilərkən ilkin mütəxəssis rəyinin, yəni akt əsasında 738,72 manat borcunun olmasının nəzərə alınmasını xahiş etmişdir.
6. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Xaçmaz filialının böyük mütəxəssisi X7 göstərmişdir ki, qanunun tələblərinə əsasən abonentin sayğacdan kənar xətt istifadə etməsi və ya sayğaca müdaxilə halları aşkar edildikdə Cavabdeh İB-nin abonentə cərimə hesablamaq səlahiyyəti yoxdur, ilk olaraq Enerji Tənzimləmə İdarəsinə müraciət olunmalıdır. Vətəndaş üçün 3 aydan artıq müddət üçün sərfiyyat hesablana bilməz. Əgər qaz sayğacı vətəndaşın həyətində yerləşirsə 6 aydan bir, həyətindən kənarda yerləşirsə 3 aydan bir olmaqla sayğaca baxış keçirilməlidir. Vətəndaşın evində olan qaz cihazlarına baxış keçirmiş, qeyd olunan kənar xətt şkafın içərisində yerləşir, onun yerini iddiaçı özü göstərmişdir. İddiaçının həyətində çörək peçi mövcuddur, odundan istifadə edir. Ziyanın hesablanması əsasında vətəndaşa bildiriş göndərilir, bildirişi aldıqdan sonra müəyyən müddəti gözləyib cərimə təyin olunur. Vətəndaş 1 ay müddətində cəriməni ödəməsə Dövlət Sosial Müdafiə fonduna mrüaciət edərək vətəndaşın gəlirləri barədə məlumat alırlar. Məhkəməyə verilən ilkin mütəxəssis rəyində hesablamada texniki səhvə yol verilərək 738,72 manat borc yazılmışdır.Lakin Cavabdeh İB-nin hesabladığı məbləğ düzgün sayılmır, ziyan məbləği 440 manat hesablanmalıdır.
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
7. xx.xx.2025-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, istehlakçı İddiaçı məxsus evdə yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, yaşayış evində abonentin sayğacdan kənar istifadə edildiyi aşkar edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır.
8. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Agentliyinin Xaçmaz filialı tərəfindən abonent Məzahir Niftəliyev Cavabdeh İB-yə məxsus qazpaylayıcı şəbəkəyə qanunsuz qoşularaq, təchizatçıya talama nəticəsində ziyan vurduğu üçün İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir.
9. xx.xx.2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, axımlı su qızdırıcısı 24llik maksimal saatlıq qaz sərfi 2,4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, istilik sistemi kombi 28kW maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 75 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qərara alınmış, istehlakçıya məxsus (abonent kodu – **********11420) yaşayış evində “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və 6156 m3 həcmində dəymiş zərər hesablanmışdır.
10. xx.xx.2025-ci il tarixli X3 Agentliyinin mütəxəssis rəyindən görünür ki, təhlil nəticəsində məlum olmuşdur ki, Xaçmaz RQİİ-nin nümayəndələri tərəfindən Xaçmaz rayonu; Qobu-Qırağı kəndində yerləşən İddiaçı yaşayış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla müdaxilə edərək (kənar xətt vasitəsilə) təbii qazdan stifadə olunduğuna görə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli akt tərtib edilərək itirilmiş qazın bərpası məqsədilə 34552 m3 hesabat aparılmışdır. Eyni zamanda Xaçmaz RQİİ tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması məqsədilə tərtib olunmuş akta əsasən dəymiş ziyanın hesabatı qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun aparılmamışdır. Belə ki, qeyd olunan ünvana baxış zamanı istehlakçı tərəfindən 1 ədəd PQ-3, 1 ədəd axımlı su qızdırıcısı, 1 ədəd kombi tipi su qızdırıcısından istifadə olunduğu müəyyən olunmuş və X2 barəsində sayğacdan kənar qaz xəttinə qoşulması ilə əlaqədar İnzibati Xətalar məcəlləsinin 282.1-ci maddəsinə uyğun protokol tərtib edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq istehlakçı tərəfindən istifadə olunan qaz qurğularının qaz sərfinə uyğun olmaqla normativ hüquqi atlarda qeyd olunmuş saat və müddət nəzərə alınmaqla yenidən hesablanması və nəticəsi barədə Agentliyin Xaçmaz filialına məlumat verilməsi xahiş olunmuş və Xaçmaz RQİİ tərəfindən hesabata yenidən baxılaraq aşağıdakı qaydada aparılmışdır. PQ-3 - 0,8 x 6 x 90 x 0,12 =51,84 manant, axımlı su qızdırıcısı -1,5 x 8 x 90 x 0,12= 129,6 manat, kombi 2,4 x 12 x 75 x 0,12 =259,2 =440,64 manat, Cəmi: 440,64.
11. **********1420 kodlu abonentin saldosundan görünür ki, abonentə 2025-ci ilin iyun ayında “qalıq və aktlar”a əsasən 738,72 manat məbləğində borc hesablanmışdır.
12. Audio-video disklərə baxış zamanı müəyyən edildi ki, iddiaçının ünvanında sayğacdan kənar qeyri-qanuni qaz xətti quraşdırılmışdır.
İşin faktiki halları.
13. İddiaçı X2 **********11420 kod üzrə təbii qazdan istifadə edən abonentdir. Cavabdeh iddiaçının abonent olduğu ünvanı təbii qazla təchiz edir.
14. Cavabdeh İB tərəfindən iddiaçının abonent olduğu ünvan üzrə yoxlama aparılan zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanması barədə akt tərtib edilmiş, bu akta əsasən 6156 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 738,72 manat məbləğində borc abonentin hesabına yazılmışdır.
15. Həmçinin mütəxəssis rəyinə əsasən abonentin borcunun hesablanması zamanı səhvə yol verildiyi, onun borcu 738, 72 manat deyil, 440,64 manat olaraq müəyyən edilmişdir.
Tətbiq edilən hüquq.
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 13.4.6. Sayğaca müdaxilə, habelə sayğacdan kənar şəbəkəyə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərəri ödəmək istehlakçının vəzifəsidir. Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 207.1. Zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çəkmək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Maddə 207.2. Mütəxəssisin yazılı formada verdiyi məsləhət məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi məsləhəti və şərhi məhkəmə iclasının protokoluna yazılır. Maddə 217.2 - 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
20. İşin yuxarıda istinad edilmiş faktiki hallarından göründüyü kimi, Cavabdeh İB tərəfindən iddiaçının abonent olduğu ünvan üzrə xx.xx.2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmiş, bu akt əsasında itirilmiş qazın həcmi hesablanmış və bu hesaba görə abonentə müvafiq olaraq 738,72 manat məbləğində borc hesablanmışdır. İddia tələbindən görünür ki, iddiaçı Məzahir Niftəliyev aktın qanunsuz olduğunu iddia edir və bu aktlar əsasında hesablanmış borcun silinməsini xahiş edir.
21. Məhkəmə ilk növbədə sözügedən akt əsasında hesablanmış borca münasibət bildirərək qeyd edir ki, istehlakçı tərəfindən təbii qazdan sayğacdankənar, qaz xəttinə qanunsuz qoşulma edilməklə, haqqı ödənilmədən istifadə edilmişdirsə, qazunsuz istehlak edilən qazın dəyəri ödənilməlidir. Lakin bunun üçün ilk növbədə, istehlakçının həqiqətən təbii qazdan qanunsuz qoşulma edərək istifadə etdiyi sübuta yetirilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür.
22. Akt əsasında hesablanmış borca münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə ..., bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə .... təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
23. Hazırki iş üzrə iddiaçı barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün Energetika Nazirliyi tabeliyində X4 Agentliyinə müraciət olunmuşdur. Həmin qurum tərəfindən iddiaçı Cavabdeh İB-yə məxsus qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu və təchizatçıya ziyan vurduğu üçün İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir.
24. Qeyd edilənlərlə yanaşı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş diskə baxış zamanı təsdiq edilir ki, iddiaçının ünvanı üzrə sayğacdan kənar qoşulma halı aşkar edilmişdir. Beləliklə cavabdeh tərəfindən iddiaçının qanunsuz qoşulma faktı ilə bağlı zəruri sübutlar təqdim edilmişdir.
25. Həmçinin iddiaçı tərəfindən də təqdim edilmiş diskə baxış zamanı müəyyən edilir ki, sözügedən kənar qoşulma xəttin çıxıntısı iddiaçının evində olan şkafın arxasında yerləşir. Beləliklə iddiaçının özü də bu halı təsdiq etmiş olur.
26. Lakin iş üzrə mütəxəssis rəyindən məlum olur ki, artıq qaz sərfiyyatı ilə bağlı hesablama yanlış aparılmışdır. Həmin akt üzrə şəxsin artıq sərfiyyatı 738,72 manat deyil, 440,64 manat təşkil edir.
27. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 738,72 manatdan borcdan 298,08 manat məbləğində olan hissə iddiaçının abonent hesabından silinməlidir.
Məhkəmə xərcləri.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.
29. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməkdən azad olduğuna görə ödəmədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı X1 xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 738.72 manat borc məbləğinin 298.08 manat hissəsi abonentin hesabından silinməli, abonentin həmin akt üzrə borcu 440.64 manat müəyyən edilməli, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* №-li akt (xx.xx.2025-ci il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 738.72 manat borc məbləğinin 298.08 (iki yüz doxsan səkkiz manat 8 qəpik) manat hissəsi abonentin hesabından silinsin, abonentin xx.xx.2025-ci il tarixli ******* №-li akt üzrə borcu 440.64 (dörd yüz qırx manat altmış dörd qəpik) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nərmin Ağazadə