Məhkəmə qərarları › İş №2(067)-2954/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2954/2025

30.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2954/2025 30.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-18RA/2-11xx-xx/2025 saylı arxiv arayışına əsasən Qımıl-qışlaq kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabda mərhum X5 şəxsi mülkiyyətində 1958-ci ildə tikiliş yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-18RA/2-11xx-xx/2025 saylı arxiv arayışı ilə müəyyən olunur ki, Xaçmaz rayon Dövlət Arxivində saxlanılan Qımıl- Qışlaq kənd X17 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Qımıl-Qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabda mərhum X8 146 saylı təsərrüfatın başçısı olub, şəxsi mülkiyyətində 1958-ci ildə tikilmiş yaşayış evi, süxusi mülkiyyətində 0,55 ha, o cümlədən tikililərin altında 0,02 ha qeyd olunmuşdur. X1 xx.xx.1996-cı ildə vəfat etmişdir. X3 xx.xx.1983-cü ildə vəfat etmişdir. Onlar xx.xx.1948-ci ildə rəsmi nikah əsasında ailə qurmuşlar. Onların birgə nikahından 01.04.198-ci ildə Ayşə, 01.101951-ci ildə Nəsibə, xx.xx.1954-cü ildə Əzizə, xx.xx.1956-cı ildə İntizar, xx.xx.1958-ci ildə Şixsafa və xx.xx.1961-ci ildə o, anadan olmuşlar. Valideynləri birgə nikah dövründə hazırda onun yaşadığı Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndində yerləşən yaşayış evini tikmişlər. xx.xx.1983-cü ildə anasının vəfatı ilə əmlakdakı ½ hissədə payına vərəsəlik açılmışdır. Həmin vaxt miras evdə atası, o, bacılarından Əzizə qalaraq mirası faktiki qəbul etmişlər. xx.xx.1995-ci ildə atasının vəfatı ilə mülkdəki ½ hissədə payına vərəsəlik açılmışdır. Həmin vaxt da miras evdə o və bacısı Əzizə yaşamaqla, mirası faktiki qəbul etmişlər. Cavabdeh ailə quraraq Xaçmaz şəhərində yaşamış və hazırda da orada yaşayır. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 1258 saylı arayışı ilə müəyyən olunur ki, o, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X5 və xx.xx.1983-cü ildə vəfat etmiş X6 qanun üzrə vərəsələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlna əsasən arxiv arayışı mülkiyyəti təsdiq edən sənəd hesab olunur. O, hazırda valideynlərindən miras qalmış edə yaşayır. Məhkəmənin hazırlıq iclasında İddiaçı ilkin dinləmələr zamanı iddiasını müdafiə edərək, bildirmişdir ki, X2 və X3nın birgə nikahından 6 övladları olmuşdur. X3 xx.xx.1983cü ildə vəfat etmiş və onun vəfatı ilə əmlakdaki ½ hissədə payına vərəsəlik açılmışdır. Həmin vaxt miras evdə atası, o, və bacılsı Əzizə qalaraq mirası faktiki qəbul etmişlər. X2 xx.xx.1995-ci ildə vəfat etmişdir. Atasının ölümündən sonra qardaşı Cavabdeh vəsiyyətnamə açdırıb. Həmin vəsiyyətnamə saxtadır, vəsiyyətnamə atasının ölümündən sonra düzəldilib və orada olan imza atasına məxsus deyil. Qardaşı atasının imzasına oxşar cızma qara edərək saxta vəsiyyətnamə hazırlayıb. Bundan əvvəl hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin işə birtərəfli baxılaraq, məhkəmə qətnaməsi ilə iddiası rədd olunmuşdur. Həmin qətnamədən apelyasiya şikayəti verməmişdir. Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, mübahisəli ev vəsiyyətnamə əsasında onun adına rəsmiləşib. 1988-ci ildə vəsiyyətnamə tərtib olunub. 1995-ci ildə atası vəfat etmişdir. Həmin vəsiyyətnamə atası tərəfindən imzalanaraq onun adına rəsmiləşmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-37/2024 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X7 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2nun adından 25 mart 1988-ci ildə Qımılqışlaq kənd XDS İK-nin idarə binasında əmlakının cavabdeh X7 verilməsinə dair vəsiyyətnaməni etibarsız hesab etməklə, mərhum X2ndan miras qalmış Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən mülkə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan ona çatası payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia əsassız hesab edilərək rədd edilmişdir. Həmin qətnamə apelyasiya şikayəti verilməyən qətnamə kimi qanuni qüvvəsini almışdır. Qeyd olunan qətnamə ilə müəyyən olunmuşdur ki, X8 tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız sayılması üçün heç bir əsas mövcud deyil. Məhkəmə tərəfindən əldə olunmuş və məhkəmə-xətşünas ekspertin sərəncamına göndərilmiş vəsiyyətnamə, notariat əməliyyatlarının qeydiyyatı kitabı və mərhum X5 xx.xx.1977-ci il tarixli uçot kartoçkasının əsilləri əsasında alınmış ekspert rəyi ilə təsdiq olunmuşdur ki, mübahisələndirilən vəsaiyyətnamədə olan imza X5 tərəfindən icra edilmişdir. Məhkəmə vəsiyyətnamənin vəsiyyət edənin iradəsinə uyğun tərtib edildiyi qənaətinə gəlmiş, Mülki Məcəllənin “əqdlərin etibarsızlığı” ilə bağlı normaların tətbiqinə də heç bir əsas olmadığını, miras əmlakın cavabdeh tərəfindən vəsiyyətnamə əsasında tam şəkildə qəbul edildiyini, habelə Xaçmaz rayon məhkəməsinin 2(067)-1291/2021 saylı xx.xx.2021-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı mübahisəli evdən çıxarılmasını nəzərə alaraq, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi hissəsində də iddianı əsassız hesab etmişdir. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinə əsasən Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı işin hallarından da göründüyü kimi iddiaçı Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-18RA/2- 11xx-xx/2025 saylı arxiv arayışına əsasən Qımıl-qışlaq kənd XDS İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Qımıl-qışlaq kəndi üzrə 03 saylı təsərrüfatbaşına kitabda mərhum X5 şəxsi mülkiyyətində 1958-ci ildə tikiliş yaşayış evinə münasibətdə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payının müəyyən edilməsini xahiş edir. Halbuki, qeyd olunan tələblərə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-37/2024 saylı qətnaməsində hüquqi qiymət verilmiş və iddiaçının iddiası əsassız hesab edilərək rədd edilmişdir. Həmin məhkəmə qətnaməsindən iddiaçı apelyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə olan halda məhkəmə iddiaçının hazırkı iddia tələbini eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla qaldırılmış iddia tələbləri kimi qiymətləndirir. Belə olan halda İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verildiyinə görə xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X7 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar