Məhkəmə qərarları › İş №2(067)-2961/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2961/2023

13.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2961/2023 13.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X2 maraqlı şəxs qismində göstərdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 şəxsin öhdədə olması faktı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri 1909-cu il təvəllüdlü X1 və 1921-ci il təvəllüdlü X4 onların 70 yaşlarından sonra ölüm gününədək tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin 2 saylı X3 məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizəyə qarşı etiraz ərizəsini məhkəməyə göndərmişdir. Məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, № 3-17-1/2-290576/2023 saylı Etiraz məktubundan müəyyən olunur ki, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair 2(067)-2961/2023 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ki, ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildələrsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi cavabdeh Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi - şəxsin öhdədə olması faktı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi cavabdeh Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X3 qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi - şəxsin öhdədə olması faktı tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar