Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-297/2025 14.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X27, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X28 və X6 iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı notariat ofisi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan vəsiyyətnamə üzrə payın müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI : İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı notariat ofisi, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 0.045 ha torpaq sahəsi və onun üzərində yerləşən 90.3 kv.m sahəsi olan, ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququna dair verilmiş, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və X7 miras qalmış qeyd olunan əmlakdan vəsiyyətnamə üzrə vərəsə olaraq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri və Cavabdeh3, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş şəxlərdən X15 və X42 iclasın vaxtı və yeri barədə təkrar rəsmi məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin fikrini dinləyib, iş materiallarını nəzərdən keçirərək cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələri və Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X15 və X29 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 90.30 kv.m olan fərdi yaşayış evi və 0.0450 ha olan həyətayanı torpaq sahəsi xx.xx.2021-ci il tarixli, ********** saylı qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli hüquqların daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mərhum atası X30 mülkiyyətində olmuşdur. xx.xx.1998-ci il tarixində X43 vəsiyyətnamə əsasında öz əmlakını ona vəsiyyət etmişdir. Digər övladları X21 (1950), X35 (1955), X42 (1959), Cavabdeh3 (1968) və X28 (1969) da mərhumun övladları olsa da vəsiyyətnamədə adları göstərilməmişdir. Həmin miras əmlakına vərəsələrin payları müəyyən edilməmişdir. Lakin Cavabdeh1 xüsusi notariusu nədənsə sözügedən vəsiyyətnaməni görməməzlikdən gələrək vərəsəlik işi üzrə yeganə vərəsə kimi Cavabdeh3 tanımışdır. xx.xx.2023-cü il tarixdə Dövlət Notariat Arxivi tərəfindən sorğuya cavab olaraq verilmiş məktubdan görünür ki, xx.xx.1998-ci il tarixdə 2B-168 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə heç bir məlumat yoxdur. Odur ki, Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 0.045 ha torpaq sahəsi və onun üzərində yerləşən 90.3 kv.m sahəsi olan, ünvan 1 ünvanında yerləşən yaşasyış evinə mülkiyyət hüququna dair verilmiş, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və X7 miras qalmış əmlakdan vəsiyyətnamə üzrə vərəsə olaraq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verməklə göstərmişdir ki, nümayəndəsi və vəkili olduğu İddiaçı cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 adına verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında 0.045 ha torpaq sahəsi və onun üzərində yerləşən 90.3 kv.m sahəsi olan, ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququna dair verilmiş, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və X7 miras qalmış qeyd oluanan əmlakdan vəsiyyətnamə üzrə vərəsə olaraq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının cavabdeh notariat orqanına və reyestr xidmətinə rəsmi müraciətindən sonra ona məlum olmuşdur ki, mərhum atası X36 məxsus olmuş ünvan 1 ünvanında yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi onun xəbəri olmadan qanun üzrə vərəsəlik qaydasında bacısı- Cavabdeh3 adına bütövlükdə rəsmiləşdirilmiş və həmin şəhadətnamə əsasında bacısının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi verilmişdir. Halbiki iddiaçının mərhum atası X43 bütün əmlakına dair 1998-ci ildə İddiaçı adına vəsiyyətnamə saxlamış və həmin vəsiyyətnamə hal-hazırda da dəyişdirilmədən qüvvəsindədir. Miras qoyanın digər vərəsələri olsa da vəsiyyətnamədə həmin vərəsələrin adları göstərilməmişdir. Məlum olmayan səbəbdən vəsiyyətnamə olduğu halda Xaçmaz rayon 1 saylı Notariat ofisi qanunsuz olaraq qanun üzrə vərəsilik qaydasında notariat əməliyyatı aparmaqla iddiaçının məlumatı olmadan cavabdeh Nargilə Əmirxanovanın adına bütöv əmlaka dair qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnamə vermişdir. Odur ki, iddianın əsaslı olduğundan təmin edilməsini, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 90.3 kv.m olan yaşayış evi və 0,045 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 adına Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-364 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında qeyd olunan daşınmaz əmlaklara mülkiyyət hüququna dair cavabehin adına "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və X7 miras qalmış qeyd olunan əmlakdan İddiaçı vəsiyyətnamə üzrə vərəsə olaraq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 izahatında göstərmişdir ki, iddiaçı olan bacısı İddiaçı məhkəmədə iddia qaldıraraq dəgər bacısı Cavabdeh3 adına ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında mülkiyyət hüququna dair verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi və miras qalmış əmlakdan vəsiyyətnamə üzrə vərəsə olaraq payının müəyyən edilməsini xahiş edir. Üçüncü şəxs olaraq hər hansı deyəsi əlavə sözü yoxdur və qanuni qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilən X11 izahatında göstərmişdir ki, o, mərhum X30 doğma övladı olmasına baxmayaraq ailə vəziyyətləri ilə əlaqədar valideynləri 1970-ci ildə onu X12 və X1 övladlığına vermişlər. Ondan sonra onun soyadı və ata adı dəyişməklə “X11” olmuşdur. Əslində isə o, X31r. Sonradan atası onu ünvan 1 ünvana köçürdərək orada yaşamasını istəmişdir. Beləliklə o, atasının sağlığından həmin ünvanda yaşamış və hal-hazırda da orada yaşayır. 2021-ci ildə ümumi razılıq əsasında notarial qaydada mərhum atası Muxtar Əliyevdən miras qalmış ünvan 2 saylı evi bacısı X8 adına vərəsəlik qaydasında rəsmiləşdirmişlər. Lakin həmin ərəfədə iddiaçı olan bacısı İddiaçı ona deməmişdir ki, mərhum atasından onun adına vəsiyyətnamə mövcuddur. Həmin vəsiyyətnamənin mövcud olduğunu bilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-726/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vatandaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeyiyyat informasiya sisteminə daxil edilmiş vətəndaşlıq vəziyyəti akrları üzrə yoxlama zamanı X30 X35, X32 (xx.xx.1969-cu ildə vəfat edib), X42, X22, X39, X28 və Cavabdeh3 adında 7 nəfər övladlarının olması aşkar edilmişdir. İş materiallarında olan, məhkəmənin müvafiq sorğusu əsasında Xaçmaz rayon 1 saylı Notariat Ofisindən tələb olunmuş 2V-364 rayestr nömrəli, 17 mart 2021-ci il tarixli notariat icraataına əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 90,30 kvm olan yaşayış və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsi mərhum X30 adına qeydiyyata alınmışdır. Həmin notariat icraatına əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X43 20 avqust 1957-ci ildə X37 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin notariat icraatına əlavə edilmiş Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 053473 nömrəli arayışdan görünür ki, X40 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 nömrəli Dövlət Notariat Kontorunda təsdiq edilmiş 22 sentyabr 1998-ci il tarixli, 2B-168 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X43 22 sentyabr 1998-ci il tarixdə vəfat edəcəyi günə ona məxsus olan bütün əmlakı onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 4 şəxsi evini doğma qızı Əmirxanova (Əliyeva) Məhbubə Muxtar qızına vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Notariat Arxivinin 13 iyun 2023-cü il tarixli, 3-16-5/6-13-Ə/266/23 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon 1 saylı Notariat Kontorunda 22 sentyabr 1998-ci il tarixdə 2B-168 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2023-cü il tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Notariat icraatına əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 049144 nömrəli, AZ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.2000-ci ildə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı Notariat ofisində 17 mart 2021-ci il tarixdə 2V-364 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, miras qoyan X20 miras qalmış ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsi qanun üzrə vərəsəlik qaydasında Cavabdeh3 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan 07 iyun 1979-cu il tarixli, 427857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Əmirxanova (Əliyeva) Məhbubə Muxtar qızı xx.xx.1961-ci ildə anadan olmuş, onun valideynləri X43 və X40 olmuşlar. İş materiallarında olan xx.xx.1988-ci il tarixli, 453588 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Əmirxanova (Əliyeva) Məhbubə Muxtar qızı 06 avqust 1988-ci ildə X10 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və Əmirxanova soyadını qəbul etmişdir. İş materiallarında olan Xaçmaz Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/Q-95/69 nömrəli arayışdan görünür ki, Cavabdeh3 09 fevral 1968-ci ildə anadan olmuş, onun valideynləri X43 və X40 olmuşlar. İş materiallarında olan Xaçmaz Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/Q-96/69 nömrəli arayışdan görünür ki, cavabdeh X32 12 avqust 1957-ci ildə anadan olmuş, onun valideynləri X43 və X40 olmuşlar. İş materiallarında olan ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, X32 xx.xx.1969-cu ildə vəfat etmişdir. İş materiallarında olan, məhkəmənin müvafiq sorğusu əsasında Xaçmaz rayon 1 saylı Notariat Ofisindən tələb olunmuş 2V-364 rayestr nömrəli, 17 mart 2021-ci il tarixli notariat icraataına əlavə edilmiş 25 fevral 2000-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, X42 xx.xx.1959-cu ildə anadan olmuş, onun valideynləri X43 və X40 olmuşlar. Həmin notariat icraatına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 385987 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1969-cu ildə anadan olmuş, onun valideynləri X43 və X41 olmuşlar. Həmin notariat icraatına əlavə edilmiş xx.xx.1972-ci il tarixli, 282102 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahkərimova (Əliyeva) Bəsti Muxtar qızı xx.xx.1955-ci ildə anadan olmuş, onun valideynləri X43 və X41 olmuşlar. Həmin notariat icraatına əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 376511 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2007-ci il tarixdə X23 ilə rəsmi nikaha daxil olmuş və Şahkərimova soyadını qəbul etmişdir. İş materiallarında olan 18 mart 1963-cü il tarixli, 394524 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 vərəsələrindən olmuş X39 14 fevral 1963-cü ildə anadan olmuş, onun valideynləri X43 və X41 olmuşlar. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 05/201/69 nömrəli arayışdan görünür ki, X43 xx.xx.1970-ci il tarixdə X12 və X13 tərəfindən övladlığa götürülmüşdür. Övladlığa götürüldükdən sonra Ənvərin soyadı Qəhrəmanov, ata adı Nəcimulla kimi qeyd edilmişdir. İş materiallarında olan 13 iyul 1970-ci il tarixli, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, övladlığa götürmədən sonra X5 Qəhrəmanov, ata adı Nəcimulla kimi qeyd edilmiş, valideynləri olaraq X12 və X13 yazılmışdır. Xaçmaz rayon 1 saylı Notariat Ofisindən tələb olunmuş 2V-364 rayestr nömrəli, 17 mart 2021-ci il tarixli notariat icraataına əlavə edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 108 saylı arayışdan görünür ki, Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilərkən həmin arayışda miras qoyan Muxtar Əliyevin ailə üzvləri kimi Bəsti Əliyeva (Şahkərimova), Ömər Əliyev, Məhbubə Əliyeva (Əmirxanova), Cavabdeh3, Validə Əliyeva və Şəfiqə Əhmədova göstərilmişdir. Həmin notariat icraatında olan sənədlərdən müəyyən olunur ki, İcra nümayəndəliyinin arayışında göstərilən ailə üzvlərindən miras qoyanın vərəsəsi olan iddiaçı Məhbubə Əliyevadan başqa digər vərəsələri vərəsəliyə çağırılmış və onların mirasın Cavabdeh3 adına rəsmiləşdirilməsi ilə əlaqədar münasibəti öyrənilmişdir. Lakin iddiaçı Məhbubə Əliyeva (Əmirxanova) vərəsəlik işi aparılarkən notariat ofisinə dəvət edilməmiş, onun xəbəri olmadan qeyd olunan vərəsəlik işi aparılmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X43 07 oktyabr 2000-ci il tarixdə vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən hazırki mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddi hüquq normaları ilə tənzimlənməlidir. Belə ki, 2000-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edildiyi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. İş materiallarından göründüyü kimi miras qoyan X30 07 oktyabr 2000-ci il tarixdə vəfat etməsi ilə ondan miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və onun verləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinə vərəsəlik açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, miras qoyan X43 22 sentyabr 1998-ci il tarixdə vəfat edəcəyi günə ona məxsus olan bütün əmlakı onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən ünvan 4 şəxsi evini doğma qızı Əmirxanova (Əliyeva) Məhbubə Muxtar qızına vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə dəyişdirilməmiş və qüvvəsindədir. Belə olduğu halda Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1 və 1133.2-ci maddələrinə əsasən X7 miras qalmış əmlaka dair vərəsəlik vəsiyyətnamə üzrə vərəsəlik qaydasında aparılmalı idi. Buna baxmayaraq iş üzrə cavabdeh olan Xaçmaz rayon 1 saylı Notariat ofisi İcra nümayəndəliyinin arayışında miras qoyanın ailə üzvü kimi göstərilmiş İddiaçı vərəsəliyə çağırmadan və onun münasibətini öyrənmədən vərəsəlik işini qanun üzrə vərəsəlik qaydasında aparmış, mərhum Muxtar Əliyevən miras qalmış əmlakları cavabdeh Nargilə Əliyevnın adına rəsmiləşdirməklə sonuncunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə qüvvədə olan maddi hüquq normalarının tələblərini pozmuşdur. Beləliklə cavabdeh Xaçmaz rayon 1 saylı Notariat ofisinin verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında digər Cavabdeh3 adına cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mübahisələndirilən yaşayış evi və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarış sənədi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə birinci növbə vərəsə hesab edilirlər. Məhkəmənin müvafiq sorğusu əsasında vərəsələrin dairəsinə dair Qeydiyyat Orqanı tərəfindən verilmiş arayışda miras qoyan X30 vərəsələrinin dairəsində X39 miras qoyanın övladı kimi göstərilmişdir. Həmin arayış əsasında X39 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Ənvərin məhkəmə iclasında verdiyi izahatı və təqdim etdiyi sənədlərlə müəyyən olunmuşdur ki, Ənvər 13 iyul 1970-ci ildə atası X43 tərəfindən X12 və X4 övladlığına verilmiş və övladlığa götürmədən sonra onun soyadı Qəhrəmanov, adı Ənvər, ata adı Nəcimulla kimi yazılmışdır. Hazırda onun şəxsiyyəti X9r. Ona görə də məhkəmə hesab edir ki, Qeydiyyat Orqanın yuxarıda istinad olunan arayışında miras qoyanın vərəsəsi kimi göstərilmiş X39 X2 tanınmalı, lakin həmin şəxs miras qoyan tərəfindən başqa şəxslərin övladlığına verildiyindən hazırki iş üzrə sonuncunun vərəsəsi hesab edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X30 ölümündən sonra onun birinci növbəli vərəsələri olaraq uşaqları- Əliyeva (Şahkərimova) Bəsti Muxtar qızı, X42, Əmirxanova (Əliyeva) Məhbubə Muxtar qızı, X28 və Cavabdeh3 qalmışlar. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə hesab edir ki, miras qoyan X39 övladı- İddiaçı adına özündən miras qalmış ünvan 4 şəxsi evi və həyətyanı torpaq sahəsinə dair vəsiyyətnamə saxladığından və həmin vəsiyyətnamə hazırda qüvvədə olduğundan cavabdeh Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh3 adına verilmiş 17 mart 2021-ci il tarixli, 2V-364 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, mərhum X17 miras qalmış əmlaklara münasibətdə vərəsələrin payları vəsiyyətnamə üzrə vərəsəlik qaydasında müəyyən edilməlidir. Belə olduğu halda miras qoyan X20 miras qalmış əmlaklar olan ünvan 4 şəxsi evi və 0.045 ha həyətyanı torpaq sahəsinə münasibətdə mirasdan məcburi pay almaq hüquq olan birinci növbəli vərəsələr- Əliyeva (Şahkərimova) Bəsti Muxtar qızı, X42, X28 və Cavabdeh3 hər birinin ayrı-ayrılıqda 10/1 hissədə məcburi payları saxlanılmalı, digər birinci növbəli vərəsə- iddiaçı Əmirxanova (Əliyeva) Məhbubə Muxtar qızının isə miras əmlaklardan vəsiyyətnamə üzrə 10/6 hissədə payı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Əliyeva (Şahkərimova) Bəsti Muxtar qızı, X42, X28 hazırki işə baxılarkən müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə qoşulmadıqlarından, Cavabdeh3 isə məhkəmə iclasına gəlməklə iddia tələbinə qarşı münasibət bildirmədiyindən və qarşılıqlı iddia vermədiyindən onların hər birinin miras əmlaklarda olan 10/1 hissədə payları açıq saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı iddia tələbinin əsaslı olduğu tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi təmin edilməklə ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 90.3 kv.m olan yaşayış evi və 0,045 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 adına Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-364 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında qeyd olunan daşınmaz əmlaklara mülkiyyət hüququna dair sonuncunun adına "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, X7 miras qalmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 90.3 kv.m olan yaşayış evi və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsindən İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 10/6 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmə xərclərinin ödənilməsini cavabdehdən tələb etmədiyindən iddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsümü iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDI : ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 90.3 kv.m olan yaşayış evi və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh3 adına Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-364 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında qeyd olunan daşınmaz əmlaklara mülkiyyət hüququna dair sonuncunun adına "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X44 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. X7 miras qalmış ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 90.3 kv.m olan yaşayış evi və evin yerləşdiyi 0,045 ha həyətyanı torpaq sahəsindən İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik qaydasında 10/6 hissədə payı müəyyən edilsin. İddianın verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-297/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-297/2025
14.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver