Məhkəmə qərarları › İş №2(067)-2982/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2982/2025

27.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2982/2025 27.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xaçmaz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən atası mərhum X3 məxsus olmuş X6 inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən, ünvan 3 ünvanda yerləşən, fərdi yaşayış evə dair, mülkiyyət üzrə X2 adına bütövlükdə 11.1986-cı il tarixli, 4070 inventar nömrəli rəsmi təsdiqlənmiş və rəsmiləşdirilmiş Texniki Pasportu əsasında və ünvan 4 ünvanda yerləşən atası mərhum X3 məxsus olmuş X6 inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən, ünvan 5 ünvanda yerləşən iki mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 71-8 kv.m, faydalı sahəsi 67 kv.m, divarları mişar daşından tikilmiş və damı şifer ilə örtülmüş olan fərdi yaşayış evə dair mülkiyyət üzrə X2 adına bütövlükdə 1986-cı il tarixli, 4070 inventar nömrəli təsdiqlənmiş və rəsmiləşdirilmiş Qeydiyyat Vəsiqəsi əsasında cavabdeh Xaçmaz rayon bir saylı Notariat Ofisinin Notarisu tərəfindən, ünvan 6 ünvanda yerləşən, mərhum atası X1 miras qalmış mülkə münasibətdə miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən, müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3ci maddəsinə uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində Xaçmaz rayon Məhkəməsindən vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsini tələb edir. Halbuki, vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi notariat kontorunun səlahiyyətlərinə aid edilmişdir. İddia ərizəsinə əlavə olunan ünvan 7 ünvanlanmış xx.xx.2025-ci il tarixli x-870 saylı məktubundan müəyyən olunur ki, iddiaçı mərhum atası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş və X3 məxsus olmuş evə dair sənədlər qaydasında olmadığına görə ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İşin hallarından göründüyü kimi, iddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin əldə edilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinin imtina məktubunda qeyd olunmuş natamamlıqları aradan qaldırmaqla, yenidən notariat kontoruna müraciət etməli, yaxud notariat kontorunun hərəkətindən və ya hərəkətsizliyindən şikayətlə müvafiq məhkəməyə müraciət etməli olduğu halda, bilavasitə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi tələbi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tələbinin ümumi mahiyyətini aydın və dəqiq şəkildə müəyyənləşdirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, iddiaçı iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən noqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar