Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-300/2021 09.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi5 iştirakı ilə Ərizəçilər Ərizəçi2, Ərizəçi5 və qeyrilərinin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN 194A saylı 30213018 kodlu şəhadətnamənin onlara-Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 və mərhum xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışlar ki, Xaçmaz rayon Aqrar İslahat zamanı onlara 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hüquqları JN 194A saylı 30213018 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırda mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair yeni mülkiyyət sənədi almaq istəyirlər və bu məqsədlə sənədlərini DƏDRX-nin 5 saylı ərazi idarəsinə təqdim edərkən adlarında, soyadlarında və ata adlarında səhv olduğundan sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Məhkəmə iclasında ərizəçilər ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon DƏDRX-nin 5 saylı ərazi idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçilər ilə həmkəndlidir. Oktayın Pirbaba adlı bir qardaşı var və bir bacısı var, amma bacısının adını bilmir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 194A saylı 30213018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon X14 xx.xx.2001-ci il tarixli 01 nömrəli qərarına əsasən X6, X1, X7, X2, X3 və X15 mülkiyyətinə 0,06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən müəyyən olunur ki, Ərizəçi1 1920-ci ildə, Ərizəçi2 xx.xx.1961-ci ildə, Ərizəçi3 xx.xx.1990-cı ildə, Ərizəçi4 xx.xx.1992-ci ildə və Ərizəçi5 xx.xx.1987-ci ildə anadan olmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.2019-cu ildə ölmüşdür. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair JN 194A saylı 30213018 kodlu şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Qusarçay kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 976 nömrəli arayışından müəyyən olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN 194 A saylı 30213018 kodlu şəhadətnamədə Ərizəçi1, Əskərova (Sadayeva) Zahirə Safa qızının, Əskərova (Beydullayeva) Əlvanə Bayramşah qızının, Ərizəçi4nın və Ərizəçi5 adı səhvən X13, X10, X16, X11, X12 və X8 göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Göründüyü kimi şəhadətnamədə ərizəçilərin adlarında, soyadlarında və ata adlarında yanlışlıq qeyd olunmuşdur. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişlər. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 0,06 hektar torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN 194A saylı 30213018 kodlu şəhadətnamənin Ərizəçi1, Əskərova (Sadayeva) Zahirə Safa qızına, Beydullayeva (Əskərova) Əlvanə Bayramşah qızına, Ərizəçi4 və Ərizəçi5 və mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-300/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-300/2021
09.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver