Məhkəmə qərarları › İş №2(067)-302/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-302/2021

18.02.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-302/2021 18.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakları ilə Ərizəçi «Şəxsin fəliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx xxxx 1973-cü ildə Xaçmaz rayonunun Qarabağlı kəndində anadan olmuş əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X8 onun əridir. Sərdar Əhmədovla xx xxx 2002-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X21 15 ildən çoxdur ki, "şizofreniya" xəstəliyinə tutlmuşdur. Son vaxtlar onun xəstəliyi daha da şiddətlənmişdir. Sərdar faktiki olaraq öz hərəkətlərinin mənasını dərk edə və hərəkətlərinə rəhbərlik edə bilmir. O, müvafiq olaraq həkim müayinəsindən keçirilmiş, müddətsiz olaraq 2-ci qrup əlil olmaqla əməyə qadir deyildir. Əri "şizofreniya paranoid forma, fasiləsiz gedişli" diaqnozu ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında və Quba rayonlararası Psixonevroloji dispanserdə qeydiyyatda olmaqla, hazırda Quba rayonlararası Psixonevroloji dispanserdə müalicədədir. Əri Sərdar ruhi xəstə olduğuna, özünü idarə edəvə hərəkətlərini dərk edə bilmədiyinə görə onun üzərində qəyyum təyin edilməlidir. Ünvanlı sosial yardım düzəltmək üçün müraciət etmiş, lakin əri xəstə olduğuna görə həmin sənədləri dərk edə və imzalaya bilmir. Əri üçün qəyyum təyin edilməkdən ötrü Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, ona bildirmişlər ki, əri psixi qüsurlarına görə özünü idarə edə bilmədiyindən məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və məhkəmə qətnaməsindən sonra o, ərinin qəyyumu təyin edilə bilər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini, xx xxxx 1973-cü ildə Xaçmaz rayonunun Qaradağlı kəndində anadan olmuş əri X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi Mövlanov Akif Mövlüd oğlu tələbi qəbul edərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin qohumu X6 göstərdi ki, iş üzrə Ərizəçi onun qardaşı X17 oğlunun arvadıdır. Onlar xx xxx 2002-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X14 15 ildən çoxdur ki, "şizofreniya" xəstəliyinə tutulmuşdur. Son vaxtlar onun xəstəliyi daha da şiddətlənmişdir. Sərdar faktiki olaraq öz hərəkətlərinin mənasını dərk edə və hərəkətlərinə rəhbərlik edə bilmir. O, həkim müayinəsindən keçirilmiş, müddətsiz olaraq 2-ci qrup əlil olmaqla əməyə qadir deyildir. Sərdar "şizofreniya paranoid forma, fasiləsiz gedişli" diaqnozu ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasında və Quba rayonlararası Psixonevroloji dispanserdə qeydiyyatda olmaqla, hazırda Quba rayonlararası Psixonevroloji dispanserdə müalicədədir. Ruhi xəstə olduğuna, özünü idarə edə və hərəkətlərini dərk edə bilmədiyinə görə onun üzərində qəyyum təyin edilməsi və ünvanlı sosial yardım düzəltmək üçün Ərizəçi aidiyyatı orqanlara müraciət etmiş, lakin əri xəstə olduğuna görə həmin sənədləri dərk edə və imzalaya bilmir. Əri üçün qəyyum təyin edilməkdən ötrü Bənövşə Xaçmaz rayon İсra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraсiət etmiş, ona bildirmişlər ki, əri psixi qüsurlarına görə özünü idarə edə bilmədiyindən məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və məhkəmə qətnaməsindən sonra o, ərinin qəyyumu təyin edilə bilər. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraсiət etməli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ərizəçinin oğlu X9 şahid Ərizəçi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 13502762 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxx 2002-ci il tarixli, AZ-İ seriyalı, 029086 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X4 ilə X8 xx xxx 2002-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Hülövlü kənd X15 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 1265 saylı arayışdan görünür ki, X1 rayonunun Mürsəliqışlaq kəndində yaşayır, ailə tərkibi arvadı Ərizəçi, uşaqları X9 və X2 ibarətdir. Sərdar Əhmədov hal-hazırda işləmir, İİ qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının SER TSE-01, 134057 nömrəli arayışından görünür ki, X8 ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlildir və əməyə qadir deyildir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Xaçmaz rayon Mərkəzi xəstəxanası» Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 925 saylı arayışdan görünür ki, 1973-cü il təvəllüdlü X8 həqiqətən Xaçmaz rayon Mərkəzi xəstəxanasında «Şizofreniya paranoid forma, fasiləsiz gedişli» diaqnozu ilə həkimpsixiatrın qeydiyyatındadır. İş materiallarında olan Xaçmaz rayon Mərkəzi xəstəxanansının Psixiatrik kabinetinin müalicə həkimi tərəfindən verilmiş stasionar göndərişdən görünür ki, 1973-cü il təvəllüdlü İİ qrup əlil X10 1989-cu ildən «Şizofreniya paranoid forma, fasiləsiz gedişli» diaqnozu ilə xəstədir, bir çox psixiatrik xəstəxanalarda müalicələr almış, hal-hazırda ona heç müalicə kömək olmur. Xəstənin təfəkkürü korlanıb, sayıqlama fikirləri vardır, özünə tənqidi çoxdur. Mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadına əsasən X5 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün mülki iş və X10 ekspertin sərəncamına göndərilmişdir. Qeyd olunan ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»nin ekspertlərinin verdiyi xx xxxxxx 2021-ci il tarixli, 67 saylı rəydən görünür ki, ekspert komissiyasının gəldiyi nəticəyə görə X19 oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasıtct Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməyib. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (Psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3.-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (Psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş subutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs olması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanuna və məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307, 308, 317, 320, 321, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1973-cü ildə Xaçmaz rayonunun Qarabağlı kəndində anadan olmuş əri X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən X8 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar