Məhkəmə qərarları › İş №2(067)-304/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-304/2025

24.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-304/2025 24.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi, Maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi «Şəxsin fəliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 21 iyun 1996-cı il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1996-cı il təvəllüdlü X7 onun doğma oğludur. Oğlu Fərhad epilepsiya, tez-tez baş verən qıcolma tutmaları, kəskin ağıl zəifliyi psixolji xəstəliyi vardır, anadangəlmə lal, kardır. Oğluna psixoloji xəstəliyə görə pensiya təyin edilmiş, ikinci qrup əlildir. Vəziyyəti hal-hazırda ağırdır. Öz hərkətlərinin mənasını dərk etmir, özünü idarə etmək qabiliyyətində deyil, ona yalnız o baxır. Oğluna mütləq qaydada kənar şəxs nəzarət etməli, altı və paltarları təmizlənməli, daima nəzarətdə saxlanılmalıdır. Bu səbəbdən də oğlu xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir ki, üzərində himayəçi təyin olunsun. Odur ki, oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verməklə ərizəsinin təmin edilməsini, oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən maraqlı şəxs Xaçmaz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi Nümayəndə tələbi qəbul edərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xaçmaz rayonunun Niyazabad kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin oğlu X1 rayonunun Niyazabad kəndində qeydiyyatdadır. İş materiallarında olan 06 dekabr 1996-cı il tarixli, XİX-JQ seriyalı, 466424 nömrəli doöum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş, onun valideynləri X10 və Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 407387 nömrəli arayışından görünür ki, X4 ümumi xəstəlikdən ikinci qrup əlillik təyin edilmiş və şəxs əməyə qadir deyildir. İş materiallarına olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Niyazoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 02 oktyabr 2024-cü il tarixli, 493 nömrəli arayışdan görünür ki, X1 rayonunun Niyazoba kəndində qeydiyyatda olmaqla anası Ərizəçi himayəsində yaşayır. Mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 319-cu maddəsinin tələbinə müvafiq olaraq məhkəmənin 18 noyabr 2024-cü il tarixli qərardadına əsasən X2 psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın aparılması üçün mülki iş və X7 ekspertin sərəncamına göndərilmişdir. Qeyd olunan ekspertiza ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi»nin Publik Hüquqi şəxsin ekspertlərinin verdiyi 12 dekabr 2024-cü il tarixli, 3651 saylı rəyin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs X3 “AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK, ANAMNEZİNDƏ QİCOLMA TUTMALARİ İLƏ”(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 saylı Tibbi-Sosial Ekspert Komissiyasında ümumi xəstəliklə ikinci dərəcəli əlil hesab olunması, zərbaycan Respublikası Səhiyyə Nazirliyi “Quba Rayonlararası Psixiatriya Xəstəxanası’da “Epilepsiya. Tez-tez baş verən qıcolma tutmaları. Kəskin ağıl zəifliyi. Anadangəlmə lal karlıq” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir.. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrık ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.1996-cı il təvəllüdlü X7 ağıl zəifliyindən və ya psixi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X3 ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. 2-ci sual: X7 ağıl zəifliyindən və ya psixi xəstəlikdən əziyyət çəkirsə öz hərəkətlərinin mənasını başa düşürmü və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab: Yoxlanılan şəxs X7 psixi vəziyyətin görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. 3-cü sual: X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilırmi? Cavab: Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından görünür ki, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin müəyyən olunmasını təsdiq edən sənədləri başqa qaydada ala bilməyib. Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (Psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3.-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (Psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Bütün yuxarda şərh edilib göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X2 fəaliyyət qabiliyyəti olmayan şəxs olması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanuna və məqsədəmüvafiqdir. Odur ki, ərizə təmin edilməklə 21 iyun 1996-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307, 308, 317, 320, 321, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 21 iyun 1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən X7 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar