Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-305/2023 23.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2nn iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və digərərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası, bağışlayan X14 ilə qardaşı, bağışlanan Cavabdeh3 arasında Xaçmaz rayon 1 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə bağlanmış, Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən, onun qeydiyyatda olduğu və yaşadığı evin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər Xaçmaz rayon 1 nömrəli Notariat kontoru, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Hülövlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi Fərman Babayev və Cavabdeh3 barəsində xüsusi qərardad çıxarılaraq prokurora göndərilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx xxx 1970-ci ildə Xaçmaz rayonu Qaradağlı kəndində anadan olmuşdur. X6, anası X9r. Doğulduğu və yaşadığı ev AR Dövlət Reyestr Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsinin verdiyi qeydiyyat tarixi xx.xx.2006, qeydiyyat nömrəsi 280600141, seriya MH N ******* Çıxarışla -atası X8 adına olmuşdur. Atası və anası onun xəbəri və razılığı olmadan Qaradağlı kəndində 0,41 ha torpaq sahəsində yerləşən 93,5 kvadrat met ümumi sahəsi olan həmin evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda qardaşı, Cavabdeh3 bağışlamışlar. Anası xx.xx.2020-ci il tarixdə, atası xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Bundan sonra qardaşı onun evdə yasamağına maneələr yaratmağa başlamışdır. Bildirmişdir ki, ev onun mülkiyyətindədir, istəsə onu evdən çıxardar. O, məsələnn araşdırılması və hüquqi yardım göstərilməsi üçün vəkillə müqavilə bağışlamışdır. Vəkili Xaçmaz rayon 1 saylı notariat kontoruna sorğu vermi, bağışlanma ilə bağlı notariat işini əldə etdikdən sonra ona məlum olmuşdur ki, atası yəni bağışlayan mərhum X14 qardaşı, bağışlanan Cavabdeh3 və cavabdehlər Xaçmaz rayon 1 nömrəli Notariat kontoru xx.xx.2018-ci il tarixdə saxta akt tərtib edərək imzalamışlar ki, guya notarius “e-Notaiat” sisteminə müraciət etmişdir ki, yaşayış evində qeydiyyatda olanlar barədə məlumat alsın, göstərilən parametlərə uyğun axtarış zamanı evdə qeydiyyatda heç bir şəxs aşkar edilmədi. Eyni zamanda digər cavabdeh Hülövlü kənd icra nümayəndəsi Fərman Babayev xx.xx.2018-ci il tarixdə X6na Xaçmaz rayon 1 saylı Notariat kontoruna təqdim etmək üçün saxta arayış vermişdir ki, guya həmin evdə qardaşı Cavabdeh3 başqa digər adam qeydiyyatda yoxdur. Nəticədə cavabdehlər onun mənzildən istifadə hüququnu, gələcəkdə miras əmlakdan pay hüququnu pozmuşlar. Cavadeh Xaçmaz rayon 1 nömrəli Notariat kontoru bu hərəkəti ilə “Azərbaycan Respublikasında Notariat X7 haqqında Təlimatın 49-cu maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Təlimatın 9-cu maddəsində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvada qeydiyyata olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.Hesab edir ki, bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddianı müdafiə edərək bildirmişdir ki, qarşı tərəfin etiraz ərizəsi ilə də tanış olmuş və ona da münasibətini bildirir. Hüquqlarını müdafiə etdiyi şəxsin atası və anası iddiaçının xəbəri və razılığı olmadan Qaradağlı kəndində 0,41 ha torpaq sahəsində yerləşən 93,5 kvadrat metr ümumi sahəsi olan həmin evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda qardaşı, Cavabdeh3 bağışlamışlar. İşin halları da göstərir ki, anası xx.xx.2020ci il tarixdə, atası - X14 xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Bundan sonra isə 2018-ci ildə bağışlanma müqaviləsi olmuşdur. Lakin iddiaçının bu hadisədən sonradan-sonraya xəbəri olmuşdur. 2020-ci ilin sonunda iddiaçı xəbər tutmuşdur. 2021-ci ilin əvvəllərində bağışlanma müqaviləsinin etibarsızlığı mübahisələndirilmişdir. İlkin məhkəmə qətnaməsi isə xx.xx.2021-ci il tarixində çıxarılmışdır. Bu barədə hüququnun olduğunu 2020-ci ilin sonu, 2021-ci ilin əvvəli məlumatı olmuşdur. 2021-ci ilin avqust ayından isə məhkəməyə müraciət edilmişdir. İddianın əsası odur ki, iddiaçının mövzusu olduğu rəsmi sənədlər gizlədilib. İddiaçıya verilmiş razılıq hüququ gizlədilmişdir. Razılığın alınmaması isə mənzildə yaşayan digər şəxslərin mülkiyyət və digər hüquqları pozulmalıdır. İddiaçı özü də qeyd edir ki, razılığı alınmayıb. Əgər razılığı olsaydı, hazırki iddia ilə müraciət etməzdi. Bu müqaviləni, ümumiyyətlə hər kəs gizlədib. İlk növbədə atası- X14, qardaşı - Cavabdeh3 gizlətmişdir. Eyni zamanda icra nümayəndəsi də gizlədərək, xx.xx.2018-ci il tarixdə X6na Xaçmaz rayon 1 saylı Notariat kontoruna təqdim etmək üçün saxta arayış vermişdir ki, guya həmin evdə qardaşı Cavabdeh3 başqa digər adam qeydiyyatda yoxdur. Hesab edir ki, cavabdeh notariat kontoru bağışlama müqaviləsini bağlayarkən qanunsuzluğa yol vermişdir. Bu səbəbdən müqavilənin etibarsız sayılaraq, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddianı qəbul etmirlər. İzahatında bildirmşdir ki, işin hallarından da görünür ki, 2018-ci ildə bağışlanma müqaviləsi olmuşdur. Hazırda 2023-cü ildir və 5 il müddət keçib. Bundan başqa müqavilənin etibarlı olması üçün 4 ünsür mövcuddur. Subyekt tərkibi- müqavilədə bağışlayan və bağışlanan iştirak edir. Deməli subyekt tərkibi pozulmamışdır. Əqdi məzmunlu- tamamilə bağışlanma müqaviləsidir. Forması-notarial şəkildədir. Əl yazı ilə yazılmayıb. Bu hissə də qanuna uyğundur. İradə forması-bağışlayan öz şəxsi iradəsi ilə gəlib və ifadəsini verib. Göründüyü kimi, müqavilənin etibarlı sayılması üçün 4 ünsürün 4-ü də var. Eyni zamanda qarşı tərəf qeyd edir ki, mülkiyət hüququ olan şəxsin razılığı olmalıdır. Mülkiyyət hüququ olan şəxsin onsuz da razılığı var. Notariat ofisində həmin evdə qeydiyyatda olan şəxsin ifadəsini almayıbsa, bu etibarsızlığa səbəb ola bilmir. Bu artıq notariatın öz işidir. Müqavilənin pozulması üçün 4 ünsürdən biri pozulmalı idi. Ona görə də üzərindən xeyli zaman keçdiyi və 4 ünsürün heç biri pozulmadığı üçün müqavilə etibarsız sayılmamalıdır və iddia təmin olunmamalıdır. İş üzrə digər cavabdehlər Cavabdeh2nə və Xaçmaz rayon İcra Hakimiyyəti Hülövlü kənd İƏV-nə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 yerləşən 93,5 kvadrat metr ümumi sahəsi olan evi xx.xx.2018-ci il tarixdə Xaçmaz rayon 1 saylı notariat kontorunda oğlu- Cavabdeh3 bağışlamışlar. İş materiallarında olan MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Qaradağlı kəndində istifadəsində olan 0.41 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 36.7 kvm.yaşayış, 56.8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmışdır. İş materiallarında olan X5 ərizəsindən müəyyən olunur ki, X11 əri X12 məxsus Xaçmaz rayonu Qaradağlı kəndində yerləşən 0.41 ha torpaq sahəsi üzərində yerləşən evin istənilən şəxsə bağışlamasına etiraz etmir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixliu, 2(067)- 2108/2021 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən edilməsi, əmlakın qanunsuz sahiblikdən geri alınması və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasə təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. Yuxarıda sadalananlardan da göründüyü kimi iddia tələbi əsassızdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəsilində əqdlərin etibarsızlığının əsasları göstərilmiş və həmin əsaslarda qanunda başqa hal müəyyən edilməmişdirsə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqdin etibarsızlığı nəzərdə tutulmuşdur.(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 339-347-ci maddələri). Məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən hər hansı neqativ hallara, əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə hər hansı mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verildiyi müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hədiyyə verən tərəfindən hədiyyə edilmiş daşınmaz əşyalar hədiyyə alan tərəfindən qəbul edilmiş, bağışlama müqaviləsi notarial qaydada təsdiqlənmiş, bağışlama müqavisi bağlandığı zaman hədiyyə verənlə hədiyyə alan arasında hər hansı öhdəlik və şərt olmamışdır və sonradan həmin müqavilə əsasında ev hədiyyə alanın mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; Əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; Bu Məcəllənin 339.1-339.4cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnu tanınmasını tələb etmək hüququ vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Beləliklə tərəflərin izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, mübahisə predmeti olan əmlaka dair bağışlanma müqaviləsi bağlanarkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə iclasında xüsusi qərarın çıxarılması üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əmlaka dair xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsaəsn hədiyyə verən qismində X14 tam mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq əmlakı hədiyyə alan qismində çıxış edən Cavabdeh3 bağışlamışdır. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı müvafiq bağışlama müqaviləsini mübahisələndirmək hüququna malik olmamışdır. Mülki qnaunvericiliyinin təhlilindən aydın olur ki, müqavilə onun bağlanmasında iştirak edən tərəflərin razılaşmasına dair iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır, həmin müqavilə şərtləri məhz onun bağlayan tərəflər üçün məcburi davranış qaydası kimi çıxış edir və ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ məhz müqavilə tərəflərinə aid olan hüquqdur. Belə ki, Mülki qanunvericiliyin müvafiq normasında (Mülki Məcəllənin 337.2-ci maddəsi) qeyd edilmişdir ki, müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi, müvafiq normada "müqavilənin digər tərəfi" ifadəsi işlədildiyindən, müqaviləni mübahisələndirmək hüququnun məhz müqavilənin tərəflərinə aid olmasını ehtiva edir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Göründüyü kimi, müvafiq normada “müqavilənin digər tərəfinə” ifadəsini qeyd edilməklə qanunvericilikdə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edilmişdir. Başqa sözlə, müqavilə məhz onu bağlayan tərəflər üçün hüquq və vəzifələr yaradır. Lakin bununla yanaşı, müvafqi normada müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmamışdır. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə (maraqlarına) toxunmuş olsun. İndiki halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki mülki iş üzrə mübahisə predmeti olan müvafiq bağışlama müqaviləsinin tərəfi olmadığından, ilk növbədə həmin müqavilənin onun hüqqularına, qanunla qorunan mənafeyinə, maraqlarına toxunubtoxunmaması halınn olduğu müəyyən edilməlidir. Qeyd olunanlar və işin faktiki hallarına istinadən məhkəmə belə qənaətə gəlir ki, müqavilənin etibarsız hesab edilməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin də Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından iddia təmin oluna bilməz. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh3, və digərlərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və sairtələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-305/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-305/2023
23.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver